30 Iyun 2025 15:03
327
DÜNYA

Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi

Yekaterinburqda saxlanılan azərbaycanlıların cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O qeyd edib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin daha əhatəli və obyektiv araşdırılmasını təmin etmək üçün onun bu komitənin Baş İstintaq İdarəsinə verilməsini tapşırıb.