30 Iyun 2025 11:10
89
DÜNYA

Serbiya DİN: Polis Belqradda etirazçıların bağladığı yolları açıb

Serbiya polisi Belqradda etirazçı tələbələr və müxalifət tərəfdarlarının bağladığı yolları açıb.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

"Polis gecə Belqrad yollarındakı bütün maneələri aradan qaldırıb, nəqliyyatın hərəkəti normallaşıb. Polisə hücum və təhqirlərə yol vermiş, ictimai asayişi pozmuş xeyli insan saxlanılıb. Bir polis maşını zədələnib", - DİN-in məlumatında deyilir.

Serbiyada etiraz edən tələbələr bazar ertəsinə keçən gecə sosial şəbəkələrdə Belqradda 24 nöqtədə və ölkənin 18 şəhərində yolların və nəqliyyat qovşaqlarının bağlandığını bildiriblər.

Şənbə günü etirazçı tələbələrin və müxalifət tərəfdarlarının iyunun 25-də növbədənkənar parlament seçkilərinin tarixinin təyin edilməsi tələbi ilə hakimiyyətə verdikləri ultimatumun müddəti başa çatıb. Bazar günü onlar iyunun 28-dən 29-na keçən gecə etiraz aksiyasının saxlanılan iştirakçılarının azad edilməsi ilə bağlı üçüncü tələbi əlavə ediblər.

Daha əvvəl daxili işlər naziri İvitsa Daçiç bazar gününə keçən gecə Belqraddakı iğtişaşlar zamanı DİN-in 48 əməkdaşının xəsarət aldığını, 77 nəfərin saxlanıldığını bildirib. Onun məlumatına görə, 22 nəfər təcili yardıma müraciət edib.