Kamal Abdulla və Rafiq Əliyevin birgə yazdıqları kitab çap olunub
Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" adlı kitab çap olunub.
Adalet.az xəbər verir ki, kitabın önsözündə qeyd olunur ki, qeyri-səlis düşüncə tərzi qeyri-səlis məntiq adlı elmi istiqamətdə birləşmiş və əslində, ona qədər şüurumuzu idarə edən Aristotelin formal məntiqinə qarşılıq kimi yaranmışdır. Bu məntiq kateqoriallıqdan uzaq, insana, onun dünyanı dərk və qəbul etmə prinsiplərinə yaxın bir düşüncə tərzidir.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb:
“Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir. Və məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur.
…Dastanın mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər. Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyl, məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün olmuşdur”.
Qeyd edək ki, “525-ci qəzet” seriyasından işıq üzü görən yeni nəşrin redaktorları akademik Muxtar İmanov və Almaniyada yaşayan həmyerlimiz, professor Maqsud Əfəndiyev, rəyçisi professor Fəxrəddin Sadıkoğlu, nəşriyyat redaktoru Qismət Rüstəmovdur.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:05
“Sözə çevrilən milli yaddaş...”
16 Sentyabr 2026 10:58
“İslam bizə görə dindir, ərəbə görə isə onun kültürüdür”
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21


Bakı -°C

