Kaş, şəhid olmayaydın Firdovsi, kaş...

Əntiqə RƏŞİD
4503 | 2023-12-16 12:14

Yazıma başlamamışdan əvvəl müqəddəs məvhumlar uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!  Vətən anadır, Vətən baçıdır, Vətən qız övladıdır, Vətən  ayaq açıb yeridiyin evdir, məhlədir, kənddir... Bu məvhumları müqəddəs bilən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə və veteranlarımıza can sağlığı arzulayıram.

İndi keçək bu gün məni yerlə-yeksan edən mövzumuza 

Müharibəyə niyə bu qədər nifrət edirəm? Yox, orda insan ölür deyə yox, orda qan tökülür deyə də yox, orda gənclər kütləvi şəkildə gələcək plan və istəkləri ilə birgə torpağa gömülür, deyə də,  yox! Tam fərqli bir səbəb  var!

Döyüşə ən çox vətən qeyrətini, ana-bacı namusunu canından artıq bilənlər, xalqının qürurunu qoruyan cəsur oğullar gedir. Zatən qeyrətsizlər qaçıb gizlənəcək.Başqa cür də mümkün deyil! Qeyrəti , namusu, ləyaqəti olanlar getməlidir ! Gedir və geri dönmür o namusu, qeyrəti, qüruru, ləyaqəti həyat amalına çevirən oğullar! Kaş ki, elə şəhidlərin, elə oğulların papağını yerlərə atan, onu xatirəsini, namusunu, qeyrətini, ləyaqətini tapdaqlar altına salan doğmaları olmayadı.

Kaş ki... Bu fikirləri yaza - yaza şəhidimizin mərdlik -kişilik tökülən simasına baxıram... Nələr hiss edirəm, bir bilsəniz!

Bu gün Zəngilan elinin tanınmış igidi, ləyaqətli övladı olan bir şəhidimizdən danışacağam.

Azərbaycan Ordusunun ilk şəhidi olub, Məmmədov Firdovsi Xeyrulla oğlu!

Firdovsi  1961-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1978-ci ildə 36 nömrəli Mincivan qəsəbə dəmiryol orta məktəbini bitirərək hərbi xidmətə gedib. Əsgəri qulluğunu müharibənin tüğyan etdiyi Əfqanıstanda başa vurduqdan sonra Volqoqrad şəhərində hərbi məktəbə daxil olub, gizir rütbəsi ilə Bakı şəhərinə qayıdıb. Yurdu yağı təhdidində idi,  el obası təhlükədəydi. Belə bir zamanda düşmənə "çəpər" olmaq bu ləyaqətli gəncin vicdan borcu idi! Axı, belə oğullar ANA, BACI, ÖVLAD, QIZ-GƏLİN, YURD təəssübkeşliyini canlarından əziz biliblər...

Hərbi hissələrin birində xidmətini davam etdirib. Komandiri olduğu batalyonla Xankəndi ətrafında döyüşlərə girib. Bir cox müdafiə və hücum əməliyyatlarında göstərdiyi təşkilatçılıq bacarığı və cəsurluğu ilə tanınıb. 1991-ci il dekabr ayının 11-də döyüş zamanı başından yaralanaraq şəhid olub. Bakıda I Şəhidlər Xiyabanında dəfn edilib.
Müğənni Təranə Qumral Firdovsi Məmmədovun bacısıdır.

T.Qumral ki, bir dəfə də olsa, şəhid bacısı olduğunu efirlərdə dilinə gətirməyib.

Təranə Qumral ki, hələ Zəngilanda olarkən el adəti ilə doğmalarının xeyir duası ilə ixtisasca hərbçi bir oğlanla ailə qurmuşdu. 2 övlad dünyaya gətirmişdi. Qadınlar cərgəsinə, analar sırasına qoşulmuşdu.

Zəngilan işğala məruz qalandan sonra hərbçi ərindən boşanmadan Musa Musayevlə sevişdi. Onunla birlikdə oldu. Ta ki, hərbçidən tam boşanandan, 2 qız övladını yanına alandan sonra Təranənin eşqinə xalası qızını boşayıb onunla qeyri-qanuni bir yerdə yaşayan Musa ilə münasibətləri rəsmiləşdirdi. Hərbiçidən olan Qumral və Fidan adlı qızlarına bir baçı da Sevgim əlavə olunur. Qumralı tanıyırsınız o da çox "izvestni" müğənnidir. Həm də ailəlidir.

Yeri gəlmişkən, o olaydan sonra  Musanı bütün qohum -əqrabası atdı. Bu da həmin Musadır ki, 2013-cü ildə onun namusuna ləkə olan müdhiş qalmaqallı xəbərlər yayılmışdı. Musa mediaya açıqlama verdi: “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci polis bölməsinə şikayət edib”.

M.Musayev həyatının uzun illərini T.Qumrala həsr etdiyi üçün peşman olduğunu söyləyib: “Ona görə uzun illərdir qardaşım Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma demə, Təranə q...ə imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

Musanın qardaşı Cabbar Musayev qardaşının Təranəyə xəsarət yetirə biləcəyi ilə bağlı da deyir: “Harda idi Musada o qeyrət?! Elə qeyrəti olsaydı, vaxtında o işi görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur. Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş. Musaya o da azdır”.
Təranə isə deyilənləri inkar edib, hətta Musadan boşandığını açıqladı. Çox söhbətlərdən sonra Musa ilə Təranə barışır. Hər şey yaddan çıxır.

Günlərin bir günü Təranə Qumral müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla eşq yaşadığı məlum olur. İş məhkəməyə qədər gedib çıxır. Məsələyə məhkəmənin qərarı və Məhəbbət Həsənovun açıqlaması nöqtə qoyur. Təranənin sevgilisi, Nazəninin əri danışır: Təranə ilə intim münasibətim olub. Bunu məhkəmədə sübut etmişik. Təranənin intim mesajlarını telefonumda hələ də saxlamışam. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilmişdi. Mobil operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın yazdığı mesajlar da üzə çıxarılmışdı. Bir daha qeyd edirəm ki, Təranə mənim məşuqəm olub. Ona sual verirəm ki, Musa Musayev hələ də bunlara göz yumur?”.
Nəisə mövzum Musa deyil.

İndi də keçək şəhidimizin qızı oriental rəqqasə Canana- Cankaya... Əsl adı Tellidir! Bütün sosial platformalarda videoları, fotoları böyük "bəyən"i görüb. Uzun müddət restoran və barlarda rəqqasəlik edən Canana deyilənə görə 2021 -ci ildə artıq ailə qurub. Bir dənə toy mərasimində yadına düşüb ki, atası şəhiddir, çiyninə bayraq sərib. ( Hərçəndi mən ailə qurduğuna inanmıram-red-Ə.R)


Allahdan ən böyük arzum odur ki, xalqımız bir də heç vaxt müharibəyə sürüklənməsin , müharibə  olmasın! Əgər olarsa, (Neynəyə bilərik, 4 tərəfimiz düşməndir) kaş ki, bu dəfə ruhunda fahişəlik, əxlaqında naqislik olan qadınları, qeyrət-namusunda kəsirlik olan kişiləri yığıb göndərələr cəbhəyə!
Elə qəflətən ürəyimdən keçdi, qoy deyim: Kaş ki, Firdovsi cəbhəyə getməyəydi, qalıb, arxa cəbhədə qəhrəmanlıq nümayiş etdirəydi... heyf belə igidlərdən! Çox heyf...
Firdovsi Məmmədovun simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

 P.S. Əslində bir neçə gün əvvəl 11 dekabr şəhidimizin anım günü ilə  bağlı tam fərqli bir yazı yazmaq istəyirdim. Amma bu gün öyrənəndə ki, Firdovsi Təranə Qumralın qardaşıdır, nə qədər istəsəm də, orjinal şəhid yazısı yaza bilmədim. Yaza-yaza da deyirəm: Kaş şəhid olmayaydın, Firdovsi!

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV