Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.
Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

