Kəmaləddin Heydərov pakistanlı generalla FHN-in Akademiyasında - FOTOLAR
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun da iştirakı ilə tədbir keçirilib.
Qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət yetirildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.
Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.
İnam Heydər Malik FHN-in Akademiyasının və İdman-sağlamlıq klubunun fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu deyib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Digər Xəbərlər
23 Yanvar 2026 17:51
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
23 Yanvar 2026 17:42
İran üçün qorxulu ssenarisi - Amerikalı analitikdən SENSASİON YAZI
23 Yanvar 2026 17:22
Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım edib
23 Yanvar 2026 17:08
Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirilib
23 Yanvar 2026 16:56
Sahibə Qafarova: Azərbaycanla İspaniya arasında fəal siyasi dialoq mövcuddur
23 Yanvar 2026 12:26
“Putin ona görə münaqişəni həll edə bilmədi ki...” – Politoloq
23 Yanvar 2026 12:13
“Bu görüşü Azərbaycan və ABŞ münasibətlərində yeni səhifə açacaq”
23 Yanvar 2026 11:29


Bakı -°C

