Kinematoqrafçılar İttifaqında baş verənlərdən aktyorlar xəbərsizdir?...
Son zamanlar gündəmi zəbt edən məsələlərdən biri də Kinematoqrafçılar İttifaqından kütləvi istefaların olmasıdır.
Biz də Adalet.az olaraq məsələ ilə bağlı aktyorların fikirlərini öyrəndik.
Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Zemfira Əbdülsəmədova hadisələrə münasibət bidirib : “ Kinematoqrafçılar İttifaqının mənə heç bir xeyri yoxdur. Efirləri izləmirəm. İttifaqda nə baş verdiyindən xəbərsizəm. İndi siz dediniz, məlumatım oldu. Azərbaycan kimi kiçik ölkədə iki kino ittifaqının olmağı nəyə lazımdır? Kinonun olmadığı bir yerdə iki kino ittifaqının olması absurddur. Şəfiqə Məmmədovanın sədrlik etdiyi ittifaqın üzvüyəm. Düşünürəm ki, Rasim Balayevin sədrlik etdiyi ittifaqa üzv olum”.
YUĞ Dövlət Teatrının aktyoru, Xalq Artisti Məmməd Səfa Qasımov isə Kinematoqrafçılar İttifaqında baş verən hadisələrdən xəbərsiz olduğunu söylədi.
Bir çox sevilən rolların ifaçısı istedadlı aktyor Rəşat Kəsəmənli də hadisələrdən xəbərsiz olan aktyorlar siyahısındadır: “Mən xəbəri sizdən eşidirəm. Məsələ ilə bağlı məlumatsızam”.
Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Elman Rəfiyev də baş verənlərlə bağlı fikir bildirib: “ Mən heç bir ittifaqın üzvü olmadığım üçün bu barədə heç nə deyə bilməyəcəm. Ancaq arzulayıram ki, bu iki ittifaq birləşsin və bu parçalanma bitsin. Düşünürəm ki, kino üçün bir ittifaq yetər. Aktyorlar da o vahid ittifaqın üzvü olmalıdır. Bu, mənim şəxsi fikrimdir.”
Əntiqə Kərimzadə
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

