Kişilərin qadından istəyi... - Allahverdi Eminov yazır
Qadın dünyası
Qadının birinci və sonuncu arzusu gözəl, məlahətli görünməkdir, sevilməkdir. Bu cəhdi heç bir kişi kinayə ilə qarşılamamlıdır, dodaq büzməməlidir. Ərə getməmiş qız tayfası uşaqkən kuklasını oynadır: ona əlvan don biçir, qırmızı yaylıq örtür və bələyir, laylay çalır. Bununla o özündən asılı olmadan gələcək analıq duyğularını yaşayır. Qızlar məlahətli görünmək axtarışında ifrata varmamalı, süni vasitələrə əl atmamalıdır. Mənliyini itirməməklə yeniliyi qəbul etməli, dövrün tələblərilə ayaqlaşmaldır. Qadın ərini əvvəlki məhəbbətilə sevməlidir, bunu davranışında büruzə verməlidir, bununla o, İlahi tipli əxlaqi ilə öyünməlidir. Əgər şöhrətlidirsə belə, ailə borcunu itirməməlidir. Bu baxımdan azərbaycanlı qadınlar avropalı xanımlardan tamamilə seçilirlər.
İnsanlarda: kişilərdə və qadınlarda əxlaq – davranışı daima problem olmuşdur, uzun yol keçmiş, monoqamiya (təknigahlılıq) əsas aparıcı stimul olmuşdur, ibtidai insanlarda qarışıq kişi – qadın münasibətləri inkişaf etmiş, insan öz növlərini dəyişmək nəticəsində meydana gəlmişdir.
İbtidai insanlarda kişi – qadın münasibətləri ideal deyildi, hər iki cins intim bağlılıqda tam sərbəst idilər... Uşaq onu dünyaya gətirən anaya – nəsil anaya görə tanınırdı. Çox sonralar cinsi əlaqələr qrup şəklində meydana çıxdı, ailələrin yaranması üçün monoqamiya forması cəmiyyətlərə sirayət etdi. Beləliklə, Məhəbbət məfhumu ortaya çıxdı, iki müxtəlif cins qarşılaşdı, bir-birinin gözlərinə baxdılar, hər ikisinin gözlərindən yaş süzüldü, vücudları titrədi. Məhəbbət ailələri bir-birinə bağladı, ünsiyyəti daha da möhkəmləndirdi.
Əsrlər keçir, ailələr münasibətlərində qeyri – normal davranış adətlərinə yiyələnirdilər. Belə ki Qədim Misirdə faraonlar sülaləsində qan qarışdırıcı əlaqə (İntsest) geniş vüsat aldı, faraon kişi doğma bacısı ilə evləndi, bununla qanın təmizliyinə “nail” oldu – tamam absurd hərəkət!
Tarixdə ad qazanan Spartada əxlaqa başqa cür baxırdılar, onlar intim məsələsində tam sərbəst davranırdılar və onunla öyünürdülər ki, guya bu yolla igid uşaqlar doğulular. Halbuki fahişəlik baş alıb gedirdi. F.Engels yazırdı ki, fahişəlik ilk dəfə Ermənistanda Anait dini məbədində yaranmışdır (məncə, bu fakt oxucular üçün maraqlı olmaya bilməz). Bu əxlaqsız izlər bu gün də erməni qadınlarının xarakterində yaşamaqdadır. Rahibələr fahişəliklə qazandıqları pulla məbədlərin xərcini ödəyirdilər! Qadın ləyaqətinə seksual acgözlüklə yanaşmaq, hansı vasitə iləsə “harassment”, yəni əldə etməyə çalışmaq eybəcərlik deyilmi? Təəssüf ki, bəzi vəzifəli məmurların, imkanlı biznesmenlərin adları aktrisalarla hallanır və bu, gizlədilmir. Xüsusilə, oxuyanlar – xanəndə xanımlar intervyularində etiraf edirlər ki... Ərindən ayrılmağını, bir uşağı ilə yaşadığını fəxrlə dilə gətirirlər. Cəmiyyət belə qadınları yaxşı qarşılamır. Belələri şərəfsiz həyatını şərəfli ölümlə güdaza verərlər!..
Unutmayaq ki, belə tipli qadınlar ailə tərbiyəsindən çox uzaqda dayanırlar, onları kiməsə ərə getmək hissi daha çox maraqlandırır. İnsanlar bu barədə düşünürlər, onlar heç də tikan kolundan quşüzümü yığmırlar!
Unutmayaq ki, hər bir “yaxşı” ağac meyvə yetişdirir, barlı ağac acı məhsul gətirməz. Bağban belə ağacları kəsir odda yandırır. Ailədə belə “cızığından” çıxan qızları vaxtında tərbiyə etmək gərəkdir, sonra onlar təmiz, valideyn nəzarətilə boya-başa çatan bir oğlanı bədbəxt edir, yanıldığının ömrü boyu əzabını yaşayır. Bu baxımdan Şərq ailəsinə yalnız qibtə etmək lazım gəlir, ata-ana sədaqətli qadın olmaq, namuslu ana olmaq naminə övlad böyüdürlər. Oxuculara bəlli olmaya bilməz ki, Rusiya bu məsələdə hələ də “axsayır”, ərini dəyişmək problem yaratmır. Məsələn, Rusiyanın Şimal bölgəsində “çukçalar” adlı xalq yaşayır. Qadınları (qızları nəzərdə tuturam) ilk nigah gecəsi buna “zivaf” gecəsi deyirik – bəyin razılığı ilə başqa bir kişilərlə intim münasibətdə olurlar. Çukca ailəsinə qonaq olan şəxs o evdə gecələyəndə ev sahibinin qadını ilə intim münasibətdə bulunur. Bu adətlə onlar – ailələr qonağın xidməti hesabına qanın təzələnməsi baş verir. Təəssüf ki, bu eybəcər, ikrah doğuran adət hələ də yaşamaqdadır...
Kişilərin qadın məxluqundan istəyi təbiidir, özünə həmdəm axtarır və sual həmişə onu düşündürür, cavab axtarmağa çalışır. O sualdır ki, qadınlar “düzəliş” edəcəklər – əminəm! Və qadınların kişilərdən istəyi nədir? – ürəklərindən keçəcəkdir – buna da əminəm!
Mən isə israrımda qalıram: əgər kişilər qadınlardan razılıq hissi ilə davranırsa, ünsiyyət bağlayırsa, məncə, ümumi razılığa gəlmək olar. Ötəri onu deyərdim ki, qadınlar müəmmalı şəkildə istərlər kişi xasiyyətcə sərt (amansız deməzdim), dönməz, inadkar olmasın, onun göstərişlərini (əmrini deməzdim) yerinə yetirsin, bir sözünü “iki “eləməsin, istəklərinə hörmətlə yanaşsın. Mağazaya girəndə barmağını hara uzatsa, o əşya alınsın, bir şərtlə evdə söz – söhbət getməsin, “sənin yüksək zövqünə həmişə inanmışam”, – pıçıldasın, əlindən tutub divanda otuzdursun, televizorda kanalı dəyişdirsin! Rəqqas qadındırsa: “Yadındamı toyumuzda necə oynayırdım, elə sənin özün də qəşəng rəqs eləyirdin!” – sözlərdən, təriflərdən məmnunluq duyulsun. Qadın sarı rəngli xalatının yaxasını düymələsin, kişinin üzündəki narazılığı görməməzliyə vursun. Kişidən eşitdiyi: “Sarı rəngdən xoşum gəlmir, yadıma payız fəsli düşür” sözlərini gülərüzlə qarşılasın. “Unutma ki, toyumuz payızda olub!” Kəlmələrinə cavab olaraq ayağa qalxıb mətbəxə keçsin, çay tədarükünə hazırlaşsın. Qadınlar belə “sözəbaxan” kişiləri daha çox sevirlər və yataq üçün darıxılar...
Qadın ovqatının şirin və kövrək məqamında yataqdan qalxdı, otaq solğun işıqda çapalayırdı, qəndillər səhər üçün darıxırdılar. Kişi siqaret sümürmək üçün özünü kökləmişdi. Baxışlarını pəncərəyə dikmişdi, qulağına bayırda ağaclarda hey budaqlarını dəyişən sərçələrin civiltisi dəyirdi, onların tez oyanmasından narahatdı. Deyəsən, elə qadını da nigarandı, kişisinə yorğun həvəslə baxır, nəsə suallar vermək istəyirdi. Kişinin ürəyindən o keçirdi qadını onu ən yaxşı gözündə görsün. Həyatını bağladığı qadının qəhrəmanı olsun. Bəlkə də xanımı ondan hər barədə üstündür, elmi işçidir, vəzifə daşıyır və ilaxır. Bir şərti də unutmasın – qadını üstünlüyünü ərinə hiss etdirməsin.
Kişinin məxsusi planları var: oğlu təkdir, tək böyüyür, ancaq belə olmamalıdır, baxmayaraq xanımı hələlik ikinci uşaq istəmir, ürəyindən keçən odur ki, qızı dünyaya gəlsin. Qış ərəfəsində qoca anasını yanına – şəhərə gətirmək arzusundadır, qadını onun planına maneçilik törətməsin. Axı, gəlinlər qayınanaları ilə səmimi “düşmən” olurlar. Kişi, ümumiyyətlə, qadınlardan kişilərə qarşı hörmət görmək istəyir və bunu onların mənəvi və fiziki borcu hesab edir. Bu, təkcə onun istəyi deyil, bütün kişilər öz qadınlarından hörmət – izzət görmək əzmindədirlər. Bu, kişiləri işlərində daha böyük uğurlara həvəsləndirər. Unutmamalı ki, qadın xeyir – duası mühüm stimuldur kişilər üçün.
Qadınlar kişilərlə söhbətində çox hallarda “eqo”ya üstünlük verirlər. “Mən hər qadından deyiləm”, “Mən öz yerimi bilirəm”, “Mən ərimin qılığına girməyi sevirəm”i dillərində cücərdirlər. Bu vərdiş heç də xoşagələn deyil. Kişilər o qadınlarla razılaşır ki, “Mən” yox, “Biz” ifadəsini işlətsinlər: “Biz birgə tamaşaya baxdıq”, “Biz ev işlərində bəzən şərik oluruq”, “Biz yataqda keçmişə qayıtmağı sevirik” və sair sözləri kişilər qulağına alanda fəxrlə düşünürlər, hiss edirlər ki, həyatda tək deyil, yanında böyük qüvvə vardır. Bir həqiqətdir ki, qadın kişini göylərə ucaldan varlıqdır, o, yalnız yataq xanımı deyil, enerji mənbəyidir!
Kişilər qadınlarının, onun rəfiqələrinin, tanışlarının birgə ünsiyyətini sevmirlər, onlar giley etməyi, xırda məişət narazılıqlarını “xırdalayır”, kənara çıxırlar, hətta müqayisələr aparırlar ki, mənim ərim belə kişidir, qazanandır, alıb – gətirəndir və ilaxır. Bu isə qadını ərindən soyumaq dərəcəsinə gətirə bilər. Bu, eyni zamanda kişiləri sevdiyi qadından uzaqlaşdıran bir səbəb də yaradar...
Bu söhbətim nə dərəcədə qadınların xoşuna gələcək – deməkdə çətinlik çəkirəm. Amma istərdim qadınlar kişilərinə nə istədiyinə müsbət yanaşsınlar.
16.07.2024