Könül Vəlibəylinin qızı palataya köçürüldü
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib.
“2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Digər Xəbərlər
23 Yanvar 2026 19:15
Üzərində ilk robotik cərrahi əməliyyat aparılan xəstə evə buraxıldı
23 Yanvar 2026 12:52
Oturma tərzi beynin sağlamlığına birbaşa təsir edir
22 Yanvar 2026 17:55
Xərçəngdən əziyyət çəkən jurnalist: köməyə ehtiyacı var
22 Yanvar 2026 16:33
Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olundu
22 Yanvar 2026 12:38
Onkoloji xəstələr özəl klinikalarda müalicə ala biləcəklər
22 Yanvar 2026 11:56
Bu uşaq qidasında çirkləndirici aşkarlandı - Dövriyyədən çıxarıldı - FOTO
22 Yanvar 2026 10:10
Tibb müəssisələrində tullantı toplanması necə təşkil olunmalıdır?
22 Yanvar 2026 10:08


Bakı -°C

