Lavrov Qərbi nüvə silahları ilə təhdid etdi... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
456 | 2024-12-06 14:55

Rusyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə, dünya KİV-lərinin əsas mövzuduna çevrilib. Rusiyalı diplomatın Ukrayna münaqişəsi və Rusiya-Qərb münasibətləri ilə bağlı verdiyi bəyənatlar xarici agentliklərin daha çox diqqət mərkəzində olub.

Blomberg agentliyi, müsahibə hələ işıq üzü görməmiş jurnalust Karlsonun Lavrovla görüşünün Ukraynada atəşin dayandırılması üçün, diplomatik səylərin artdığı bir vaxta təsadüf etdiyini vurğulayıb. Agentliyin məqaləsində həmçinin rus ordusunun döyüş müydanında həmlələrini davam etdirdiyini də bildirib.

"Karlson deyir ki, Lavrovla görüşməkdə məqsədi, Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi, münaqişəni sonlandıra biləcəkmi sualına cavab tapmaq idi. Bundan başqa, amerikalı jurnalist bilmək istəyirdi ki, hakimiyyətdən getməkdə olan Co Baydenin Ukraynaya amerikan raketlərindən Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verməsi, ABŞ-la Rusiya arasında  mövcud olan  hazırki gərginliyi  daha da dərinləşdirə  bilərmi?"

"Fransa 24"  telekanalı Rusiya XİN-nin rəhbərinin,  Bayden administrasiyasının beynəlxalq aləmdə Rusiyanı qorxutmaq  cəhdləri barədə dediklərini önə çəkib. Telekanal, rusiyall diplomatın bununla bağlı bəyənatını açıqlayaraq qeyd edir ki, "Moskva vəziyyətin istənilən inkişafına hazırdır, lakin münaqişənin danlşlqlar yolu ilə həllinə üstünlük verir".

Sergey Lavrov, bildirib ki, münaqişənin sülh yolu ilə həll edlməsi üçün, Kiyev Rusiyanın işğal etdiyi və artıq faktiki olaraq özününküləşdirdiyi Donetsk, Lvov, Xerson və Zaparojye vilayətlərinə qarşı iddialarından ək çəkməlidir. 

Reuters agentliyi isə yazır ki, "Lavrov, Rusiya Ukrayna müharibəsində istənilən vasitələrdən istifadə etməyə hazlrdlr".  Rusiyalı diplonatın sözlərinə görə, Rusiya öz qanuni təhlükəsizliyini qoruyur, ABŞ isə, dünyanın hər yerində hegemonluğunu saxlamaq istəyir.

80 dıqiqəlik müsahibədə Rusiya XİN-nin rəhbəri bəyan edib ki, Qərb Rusiyanın "qırmızı xəttinin" olnadığı düşüncəsindən ək çəkməlidir. "ABŞ və onun müttəfiqləri  giper səs sürətli "Oreşnik" raketlərinin sınaqdan keçirilməsini xəbərdarlıq suqnalı kimi qəbul etməlidirlər. Onlar bilməlidirlər ki, Rusiya, strateji məğlubiyyətdən qaçmaq üçün, istənilən vasitələrdən istifadə edəcək"-deyə Lavrov faktiki olaraq ABŞ və Qərbi nüvə silahlarl ilə təhdid edib.

 

TƏQVİM / ARXİV