adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Yanvar 2022 10:17
836
KRİMİNAL

"Lotu Quli"yə sui-qəsdi yaxın adamı təşkil edib? - Nazir Əliyevin qətlinin təfərrüaftları

Kriminal avtoritet Nazir Əliyevin qətli ilə bağlı yeni təfərrüatlar məlum olub. 

Adalet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Nazir Əliyev ötən ilin dekabrında Ukraynanın Odessa şəhərində "Arena" bilyard klubunda güllələnərək öldürülüb. Onu öldürən azərbaycanlı Şöhrətddin Quliyevdir. 

Şöhrətddin Quliyev mərhum "oğru" Nadir Səlifova (Lotu Quli) yaxın şəxs sayılır. İstintaqla müəyyən edilib ki, Nazir Əliyev də "Lotu Quli"nin adamı olub. 

Nazir Əliyev 10 mart 1956-cı ildə Azərbaycanda anadan olub. Onun kriminal keçmişi barədə məlumatlar məhduddur. Araşdırmalar zamanı aydın olub ki, Nazir Əliyev populyar kriminalitet olmasa da, bu mühitdə çox ciddi əlaqələrə malikdir. Onun əsasən "Lotu Quli" ilə çox yaxın olduğu bildirilir. 

O da məlum olub ki, Nazir Əliyev "oğru" titulu daşıyıb. Baxmayaraq ki, bu günə qədər adı "oğru" kimi hallanmayıb.

Nazir Əliyevin yaxınlıq etdiyi şəxslərdən biri də rusiyalı "oğru" Vasili Melkiy (Poltava) olub. "Poltava" 2017-ci ildə həbs edilib. Onun hansısa kriminalitet tərəfindən ələ verildiyi barədə şübhələr var. 

Maraqlıdır ki, Nazir Əliyevi qətlə yetirən Şöhrətddin Quliyev həbs olunan kimi kriminal avtoriteti qisas məqsədilə öldürdüyünü deyib. O, Nazir Əliyevdən "Lotu Quli"nin qisasını aldığını bildirib.

Şöhrətddin Quliyevin sözlərindən belə aydın olub ki, "Lotu Quli"yə qarşı sui-qəsdi məhz Nazir Əliyev təşkil edib. O, Nazir Əliyevi öldürməzdən əvvəl "Lotu Quli"nin məzarına getdiyini və orada mərhum "oğru"nun qisasını alacağına and içdiyini bildirib. Bundan sonra Moldovadan Rusiyaya gəlib. Günlərlə dəmiryol vağzalında gecələyib. Nəhayət, Nazir Əliyevin daha çox hansı məkanda istirahət etdiyini öyrənib. Həmin məkana - yəni, "Arena" bilyard klubuna gələn Şöhrətddin Quliyev içəri daxil olan kimi Nazir Əliyevə tərəf iki atəş açıb. Birinci güllə başqa şəxsə dəyib, ikinci atəş isə dəqiq olub və Nazir Əliyev hadisə yerindəcə keçinib. 

Şöhrətddin Quliyevi klubun mühafizəçiləri tərksilah edib. Daha sonra polis gəlib. Şöhrətddin Quliyev ilk etirafını elə hadisə yerindəcə edib: "Bu, qisasdır".