adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Avqust 2022 17:18
478
MƏMLƏKƏT

Lüksembuqrdan 4 dəfə böyük cənnət Kəlbəcər...

Qarabağ zəfərimiz ölkəmiz  və xalqımız adına tariximizin ən şanlı səhifəsi oldu. Təbii təbiət gözəlliyi ilə insanı heyran edən Qarabağımızın ən geniş əraziyə malik şəhəri Kəlbəcərdən danışmaq istədim. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Kəlbəcərdə cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Mütəxəssislər toponimi ckevil/kəvl və qədim türk dillərindəki cər komponentləri ilə əlaqələndirirlər. Buradakı oronomik toponimlərin hamısı türk mənşəlidir. Hətta bir sıra qədim türk tayfalarının adının bu gün də bu toponimlərdə yaşadığını görə bilərik.

    Bu ərazidə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Aşkar olunan daş abidələr sayəsində Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən ərəb işğalı nəticəsində İslamın yayıldığı müəyyən edilib.

      Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq mövcud idi. Bu qəbirtanlıqlardan ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və başqalarıdır ki, kənd ərazilərində yerləşlər. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən  qoç, sandıq qəbirüstü fiqurlar, at, başdaşı və günbəzlərlə zəngindir.

     Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insanın ilk əmək alətləri daşdan hazırlanıb. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhali əkinçiliklə məşğul olurdu. Maldarlar üçün isə dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edirdi. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında - Xoşbulaq kurqanları və Xoləzək, İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatmışdır. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsi hesab olunur. Saxsı qablar üzərində naxışlar çəkilmişdir. Tapılan bu qablar incəsənətin yaranmasından xəbər verir. Qobustan  Gəlinqaya və Kəlbəcərin digər ərazilərində qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcərdə ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi qalmaq idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir deyə bilərik. 1968-ci ildən Rayonun “Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qayalarda həkk edilmiş təsvirlər öyrənilməyə başlanılıb. Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri 1976-cı ildə aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı tapılmışdır. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörülüb.

    Kəlbəcər dağlıq ərazidir. Olduqca zəngin bölgələrimizdən biridir. Rayonun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr (palıd, vələs, fıstıq), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda isə alp və subalp çəmənlikləri yayılıb.Burada dağ keçisi, ular, cüyür,  çöl donuzu, qonur ayı, daşlıq dələsi, toğlugötürən, qartal əsas heyvan və quş növləri yaşayır. Faydalı qazıntılarla zəngin olan Kəlbəcərdə qızıl, civə, çınqıl,mışar daşı, qum,mineral sular və.s mövcuddur. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir.

     Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

   1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşub.Nəticədə 450 nəfərdən çox döyüşçü şəhid olmuş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olunmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.

   15 noyabr 2020-ci ildə ikinci Qarabağ müharibəsində isə doğma yurdumuz düşmənlərdən təmizlənib.

Kəlbəcər Azərbaycandır! YAŞASIN AZƏRBAYCAN!
 

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ