adalet.az header logo
  • Bakı -°C
06 Yanvar 2026 18:00
148
DÜNYA
A- A+

Maduronu saxlayan “Delta” İran ətrafına yerləşdirildi

“ABŞ-nin xüsusi təyinatlı “Delta” qüvvələri İraq sərhədlərində yerləşdirilib, yaxın zamanda böyük dəyişiklik baş verə bilər”.

Adalet.az xəbər verir ki, bu barədə “Kürdüstan 24” telekanalı məlumat yayıb.

“Delta” Karakasda Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması əməliyyatını həyata keçirib.

Bildirilir ki, bu, ABŞ Prezidenti Donald Trampın son günlərdə İranı nüvə və raket proqramlarını bərpa etmək, eləcə də ölkədə davam edən etiraz aksiyalarını zorakılıqla yatırmaq mövzusunda xəbərdar etməsindən sonra baş verir.

Amerika KİV də bundan öncə ABŞ-nin İrana mümkün hücum üçün Avropaya canlı qüvvə və döyüş təyyarələri göndərməsi barədə məlumat yaymışdı.