Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
Magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.
Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək.
Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər.
Bakalavrlar müraciətlərinin statusunu "mygov" platformasındakı şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər. Müraciət "Ödəniş gözlənilir" statusunda olduqda təhsil haqqını "Onlayn ödə" funksiyası ilə ödəmək və ya "Qəbzi yüklə" seçimi vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək mümkündür.
Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa "mygov" platforması üzərindən bildiriş göndərilir.
Digər Xəbərlər
03 Avqust 2026 17:25
Bakı Qızlar Universitetinin tələbələrinin və işçilərinin taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
03 Avqust 2026 13:00
Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır
03 Avqust 2026 09:45
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
03 Avqust 2026 09:37
Kolleclərə ixtisas seçimi başladı
31 Iyul 2026 15:48
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
31 Iyul 2026 10:34
Bakı Qızlar Universitinin bağlanması haqsızlıqdır – Təhsil eksperti
30 Iyul 2026 18:30
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
30 Iyul 2026 18:02


Bakı -°C

