Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib.
Adalet.az xəbər verir ki, yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir.
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

