Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub - FOTOLAR
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova qonağa muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları, qədim xalçaçılıq ənənələrimiz barədə ətraflı məlumat verib.
V.Matviyenko muzeyə Azərbaycanın nadir mədəni-tarixi irsinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyətində uğurlar və tərəqqi, əməkdaşlara isə nəcib işlərində nailiyyət arzulayıb. Sonra qonaq xatirə kitabına öz xoş təəssüratlarını yazıb.
Valentina Matviyenkoya muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

