17 Oktyabr 2024 18:07
135
İDMAN

Mbappe ayın ən yaxşı futbolçusu seçildi

"Real"da sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kilian Mbappe bütün komanda yoldaşlarını qabaqlayıb.

Fransalı hücumçu ötən ay Madrid klubunda 5 oyuna çıxıb və 6 qol vurub.

Xatırladaq ki, Mbappe son günlər zorlamada ittiham olunur. O, məhkəmə tərəfindən təqsirli bilinərsə, 6 ilədək həbs cəzası ala bilər.