17 Oktyabr 2024 10:48
188
İDMAN

"Qarabağ" - "Ayaks" matçına bilet satışı başlayır

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri bu gün saat 12:00-dan satışa çıxarılacaq.

Adalet.az klubun mtbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), "Qarabağ"ın Park Bulvardakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.