Mədə - bağırsağın dərmanı: Qara - quru gavalının FAYDALARI

İnsan orqanizminə xeyirli, səhhətinə faydalı meyvələrin bir çoxu haqqında oxucularımıza məlumat vermişdim.
Siyahımdan qalan meyvələrdən biri də gavalıdır. Xüsusən Albuxara adlı gavalının faydasını sizə bildirməyi zəruri hesab etdim. Amma söhbət başqa gavalılardanda gedir. Məsələn, "Ağ bal gavalı", "Alyonushka", "Pissardi", "Ev gavalı", "Volqa", "Stanley", "Şaftalı gavalı Michurin", "Altana" və sair.
Adalet.az alimlərin araşdırmalarına istinadən xəbər verir ki, gavalı orqanizmdəki toksinləri- yəni zərərli maddələri atır, xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.
Sağlam hüceyrələrin çoxalmasını təmin edir. Tərkibindəki vitamin və minerallar vücudun enerji dəyəri ehtiyacını qarşılayır.Ola bilər ki acsınız, o zaman gavalı ilə nahar edə bilərsiniz ən azı 2-3 saat acmayacağınıza söz veririk.
Lif qaynaqlı gavalı bağırsağın hərəkətliliyini artırır. Qəbzlik problemi yaşayanların istifadə etməsi məsləhətlidir. Həzm sistemini asanlaşdırır
Ən yaxşı xüsusiyyəti: qaraciyəri təmizləyir, qan təzyiqinin nizamlılığına yardımçı olur, xolesterolun səviyyəsini aşağı salır.
Gavalı C vitamini ilə zəngindir İltihabqovuculuğu ilə seçilir, infeksiyaları təbii yollarla zərərsizləşdirir. A vitamini tərkibi sayəsindəisə gözlərin sağlamlığını qoruyur,gündəlik yorğunluğu aradan qaldırır.
Dietoloq, Dr. Fevzi Özgönülün bir açıqlamasını xatırladırıq “Əgər su içə bilmirsinizsə və ya sudan başqa bir alternativ axtarırsınızsa, sizə kompot təklif edək. Bunlar arasında ən çox istifadə edilən qara gavalı kompotudur. Xərçəngin və qocalmanın qarşısını alır. Qaragilə bədənə daxil olan zərərli maddələri ən yaxşı təmizləyən və özümüz istehsal etdiyimiz sərbəst radikal adlandırdığımız qidalardan biridir.
Qeyd edək ki, gavalı mürəbbəsinin də az faydası yoxdu. Çayla içmək adama həm zövq verir , həm fayda.
Qara gavalı qurusunun 12 faydası / Qurudulmuş qara gavalının faydaları
Qurudulmuş qara gavalının tərkibində təzə meyvəsinə nisbətən daha çox faydalı maddələr var. Qara gavalı qurusu ən faydalı quru meyvələr siyahısına daxildir.
1. Zərərli xolesterini əridir, bağırsaqların işini yaxşılaşdırır.
2. Diş emalını zədələnmədən qoruyur, dişləri möhkəmləndirir.
3. Antibakterial xüsusiyyətləri var.
4.Orqanizmin tonusunu qaldırır, onun iş qabiliyyətini artırır.
5. Turşu-qələvi balansını tarazlıqda saxlamağa kömək edir.
6. Daxili orqanları cavanlaşdırır və sağlam edir.
7. Qəbizliyə qarşı mübarizə aparır.
8. Üz dərisini yeniləyir.
9. Vitamin çatışmazlığı və anemiya ilə mübarizə aparır.
10. Onkoloji xəstəliklərin qarşısını almağa qadirdir.
11. Sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı adamlara məsləhətdir.
12. Ürək üçün çox xeyirlidir.
Əntiqə Rəşid