MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
![](https://adalet.az/uploads/img/posts/2024/05/13/22jpg-1715591500.jpg)
Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.
MEDİA-dan Adalet.az-a verilən məlumata görə, müsabiqədə Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim olunur.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.
Qeyd edək ki, müsabiqəyə 2024-cü il mayın 23-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/15/24jpg-1721050966.jpg)
İTV üzr istədi
![](https://adalet.az/uploads/img/posts/2024/07/12/35jpg-1720774961.jpg)
MEDİA “Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
![](https://adalet.az/uploads/img/posts/2024/06/24/1jpg-1719233094.jpg)
“Media ayı” çərçivəsində təlimlər davam edir - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2024/06/22/1jpg-1719063564.jpg)
Mətbuat Şurası və ARDNF jurnalistlər üçün birgə müsabiqə elan edib
![](https://adalet.az/uploads/img/posts/2024/06/20/60jpg-1718887507.jpg)
MEDİA onlayn və çap mediasına dəstək üçün elan edilmiş müsabiqənin nəticələrini AÇIQLADI
![](https://adalet.az/uploads/img/posts/2024/06/12/5jpg-1718202624.jpg)
Aygünün Almaniyada seminara buraxılmaması ilə bağlı BƏYANAT
![](https://adalet.az/uploads/img/posts/2024/06/10/57jpg-1718008107.jpg)
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
![](https://adalet.az/uploads/img/posts/2024/06/07/16jpg-1717741432.jpg)