MEDİA-da Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və 13 saylı Mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş zamanı Nadir Adilov Mediasiya Şurasının həyata keçirdiyi fəaliyyət haqqında məlumat verib. O, media sahəsində mediatorların hazırlanmasında maraqlı olduqlarını, bununla əlaqədar olaraq media mütəxəssisləri üçün mediasiya kurslarının təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Əhməd İsmayılov tərəfindən Mediasiya Şurası ilə birgə əməkdaşlıq perspektivlərinin “Media haqqında” Azərbaycan Respublikası Qanunu və media sahəsində qanunvericilik aspektindən təhlil edilməsi, imkanların araşdırılması, təhlillərin nəticələrinə əsasən qurumlararası birgə layihələrin həyata keçirilməsi təklif olunub. İcraçı direktor MEDİA Agentliyinin media sahəsində peşəkarlığın artırılması, o cümlədən mübahisələrin həll edilməsi üçün Şura ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

