MƏLUM FAKTLARIN İZİYLƏ - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
101296 | 2021-01-08 13:04

Mǝrhum Atatürk Türkiyǝ Cümhuriyyǝtini yaratdıqdan sonra xüsusilǝ mǝdǝniyyǝt, tǝlim vǝ tǝhsil sahǝsindǝ nǝhǝng addımlar atmışdır. Sǝbǝbi dǝ bir dövlǝti ancaq vǝ ancaq elmin irǝli apara bilǝcǝyini bildiyindǝndi. Ona görǝ “Hǝyatda ǝn hǝqiqi mürşid elmdir” demişdir.

Türkiyǝ Cümhuriyyǝtinin yaranmasından bir il ötdükdǝn sonra Nazirlǝr Şurasından 1111 nömrǝli qǝrar çıxartdırmış, onunla İstanbul Universiteti nǝzdindǝ 12 Noyabr 1924-cü ildǝ Türkiyat İnstitutunu yaratmışdır. Görkǝmli alim Fuad Köprülü Atatürkǝ yaxınlaşıb İnstitutun embleminin nǝ cür olması barǝdǝ fikrini sorduqda ona bu cavabı vermişdir: “Fuad Bǝy! Qarlı Tanrı dağlarının önündǝ ǝlindǝ mǝşǝl olan bir bozqurd olsun, bu mǝşǝl gǝnc Türkiyǝ Cümhuriyyǝtinin elminin ifadǝsi olsun. Ərgǝnǝqondan çıxışımızda bizǝ bǝlǝdçilik edǝn bozqurd Türklüyün Anadolu torpaqlarındakı yeni dövlǝtinin yaranışını tǝmsil etsin.”

Bu sǝtirlǝrdǝn Atatürkün elmǝ vǝ öz mǝdǝniyyǝtinǝ hansı güzgüdǝn baxır yaxşıca başa düşülmǝkdǝdir. Əlbǝttǝ, o qüsursuz bir insan deyildi, qüsurları ola bilǝr, çünki Ulu Tanrının insanları düz yola dǝvǝt etsin deyǝ yolladığı peyğǝmbǝrlǝr belǝ müǝyyǝn zamanlarda sǝhvǝ yol veriblǝr, o da verǝ bilǝrdi. Dövlǝt adamlarının xalqına etdiyi xidmǝtlǝri haqq tǝrǝzisinǝ qoyulub çǝkilmǝli vǝ hansı tǝrǝfi ağır gǝlir ona görǝ qiymǝtlǝndirilmǝlidir, ancaq tǝǝssüflǝr olsun ki, Türkiyǝdǝ tǝrǝzinin pǝrsǝngi xüsusilǝ 1940-cı illǝrdǝn pozulmağa başlamış vǝ axırıncı illǝrdǝ son hǝddǝ çatmışdır.

Bizlǝr, tarixǝ öz adını lǝyaqǝtlǝ yazdırmış dövlǝt xadimlǝrinin vǝ sǝrkǝrdǝlǝrin hǝyat yolunu öyrǝnǝrǝk onlardan dǝrs çıxarmalı vǝ buna görǝ addımlamalıyıq.

Taleyin qǝribǝ ǝhvalatları insanı heyrǝtǝ gǝtirir. Eradan əvvəl, min il öncədən, daha düzü tarixi çağların ǝn başından Türk yurdu olmuş Azǝrbaycan vǝ Anadolu torpaqları dǝfǝlǝrlǝ yadelli imperialist işğalçıların hücumlarına düçar olmuş, dağ kimi oğulları qırılmış, qocalı-cavanlı insanları hǝdsiz pis günlǝrlǝ üzlǝşmiş, ancaq milli müstǝqilliyǝ olan vurğunluğunu ǝsla unutmamış vǝ onu nǝyǝsǝ qurban vermǝmişdir. Əlbǝttǝ, içimizdǝ sapı bizdǝn olan, danışdığımız dildǝ danışan baltalar da olub, olacaqdır da...

Türkiyǝ Böyük Millǝt Mǝclisi 23 Nisan (Aprel) 1920-ci il tarixindǝ Cümǝ günü yaradılmışdır. Vǝ bu gündǝ Hacı Bayram mǝscidindǝ namaz qılınmış, Hz. Mǝhǝmmǝdin Mübarǝk Saqqalı ilǝ Şǝrǝfli Sancağından ibarǝt müqǝddǝs ǝmanǝtlǝr götürülǝrǝk İttihad vǝ Tǝrǝqqi Klubuna piyada gedilmiş, o sabahdan tutmuş Quran-i Kǝrim xǝtm edilmiş, qurbanlar kǝsilmiş vǝ qurban qanlarının üstündǝn tullanaraq mǝclis binasına daxil olunaraq ilk iclas keçirilmişdir. Yalnızca, bu olay belǝ Atatürk vǝ silahdaşlarının İslam ǝqidǝsinǝ nǝ sǝviyyǝdǝ bağlı olduğunu sübut etmişdir. Bugün Anadoluda Atatürkǝ haşa dinsiz, kafir, firon deyib Türkcǝ danışan, ancaq damarında yad millǝtlǝrin qanı dövran edǝn insanlar vardır, bu da tǝǝssüf doğurmur, ǝksinǝ bizlǝrǝ ayıq olmağımızın labüdlüyünü xatırladır vǝ sosioloji dǝrs keçir.

Görkǝmli akademikimiz İsa Hǝbibbǝylinin mǝqalǝlǝrindǝn seçilmiş bir kitab hazırlamağı fikirlǝşdik vǝ oğlum Eldar ilǝ gǝlinim Nǝslihan onları Türkiyǝ Türkcǝsinǝ köçürdülǝr, mǝn dǝ köçürülǝnlǝri redaktǝ etmǝyǝ başlamışdım. Ancaq növbǝ Sabir Rüstǝmxanlıya çatdıqda ailǝvi vǝ iqtisadi problemlǝrindǝn asılı olaraq, onlar işi dayandırmışdılar. Yükü öz çiynimǝ götürdüm vǝ Covid-19-un ǝlindǝn hardasa iki aydır zara gǝlsǝm dǝ, yavaş yavaş hǝm dǝrslǝrimi, hǝm dǝ işlǝrimi davam etdirmǝyǝ başlamışam. İsa bǝy, Sabir Rüstǝmxanlı ilǝ bağlı mǝqalǝsindǝ onun müǝyyǝn zamanlardakı yazılarından sitatlar götürüb tǝqdim etmişdir. Onlardan birini oxuduğumda dǝhşǝtǝ gǝldim, buyurun siz dǝ oxuyun:

“...Bir dəfə Bakıda məhkəmə gedişində iştirak edirdim. Hakim azərbaycanlı, iştirakçılar azərbaycanlı, yalnız iclasçılardan biri kənar millətdən idi. Hakim məndən soruşdu ki, hansı dildə danışacaqsınız? Dedim: – Azərbaycan dilində. Dedi: Axı siz ziyalısınız, rayondan da bu gün gəlməmisiniz, niyə rusca danışmaq istəmirsiniz? Dedim: – Elə mən ziyalı olduğuma görə də Azərbaycan dilindǝ danışmaq istəyirəm. ... Axı Azərbaycan dili təkcə kənddən gələnlərin dili deyil!..”.

1980-ci illǝrdǝn bu günǝ hansı yollar keçilib aydındır. O illǝrin axırından tutmuş rusun yardımıyla quduzlaşan “haylar” yalnızca Xocalı soyqırımını törǝtmǝdilǝr, içǝridǝn dǝ dǝstǝk alıb metroda bomba partlatmadılar, milyondan çox vǝtǝndaşımızı od-ocağından didǝrgin salmadılar, müqǝddǝs torpaqlarımızı işğal etdilǝr, mǝbǝdlǝrimizi, tikililǝrimizi, hǝtta mǝzarlarımızı belǝ dağıtdılar. Son döyüşlǝrdǝ rus biraz aralı duran kimi Mǝhmǝtçiklǝr hayların analarını ağlar qoydu, ordularının belini qırdı vǝ axırıncı hǝmlǝ ilǝ hayın kökü kǝsilǝcǝk anda rus irǝli çıxıb onların mǝhvinǝ mane oldu. Yalnızca bunu etmǝdi, Elçibǝy zamanında bir güllǝ dǝ atılmadan qovulan 80 minlik ivanlar ordusu çıxıb gedǝrkǝn binalardakı tualetlǝri belǝ dağıdaraq rǝdd olub getdilǝr. Talein qǝribǝliyinǝ baxın ki, bu dǝfǝ “sülhmǝramlı” adıyla gǝlib müqǝddǝs torpaqlarımızda beş illiyinǝ yerlǝşdilǝr. Yerlǝşdilǝr ancaq iddialara görǝ, sülhmǝramlı kimi deyil, oranın ağasıymış kimi rǝftar etmǝyǝ başlayıblar. Güya Dağıstanlı müsǝlman ailǝdǝn olan komandirin ǝsirlǝri apararkǝn separatçıların başıyla sǝmimi qucaqlaşıb öpüşmǝsi, il tǝhvil olarkǝn rus zabitinin bizim torpağımızda gözümüzǝ baxa-baxa hay dilindǝ sağlıq demǝsi vǝ “sizlǝri qorumaq üçün bura gǝldik” kimi sözlǝri söylǝmǝsi rus ordusunun murdar üzünü bir daha ifşa etmişdir.

Bu işğalçı ordu rǝdd olub getmǝlidir. Sosial şǝbǝkǝlǝrdǝ Xankǝndinǝ qayıdan hayların dığalarının söylǝmlǝri vǝ Şuşa ǝtrafındakı kǝndlǝrdǝ hayların mǝskunlaşdırıldığı iddiaları insanı dǝhşǝtǝ gǝtirir. Onlara bu cǝsarǝti verǝn dünǝn Xocalı Soyqırımını törǝtdirǝn, yurdumuzu işğal etdirǝn eyni imperialist qüvvǝdir, xalqımız ayıq olmalı, hörmǝtli Prezidentimizin çiyinlǝrindǝki dǝhşǝtli böyüklükdǝki yükü dǝrk edib ona kömǝk olmalıdır, Tanrım onun yardımcısı olsun.

Mǝnim kimi düşünǝn hǝr bir insanın fikrinǝ görǝ, Cǝnab Prezidentimizin görǝcǝyi birinci iş dövlǝtin müǝyyǝn postlarına kimi soxulmuş ruspǝrǝstlǝr vardırsa onları birdǝfǝlik tǝmizlǝmǝkdir. Bu sözlǝr bizim dilǝyimizdir, ürǝk arzumuzdur, çünki dövlǝtin gǝlǝcǝyini tǝyin edǝn fakt onu idarǝ edǝnlǝrin milli şüurundan asılıdır, ǝlbǝttǝ, dövlǝti idarǝ edǝn Prezidentimiz bunları daha yaxşı bilir vǝ nǝ edǝcǝyini dǝ bilir.

Mǝqamı çatmışkǝn, Atatürkün Türk millǝtinǝ etdiyi vǝsiyyǝtindǝ söylǝdiyi sözlǝri sadalamaq arzusundayam:

“Möhtǝrǝm millǝtimǝ bunu tövsiyǝ edirǝm ki, başına gǝtirǝcǝyi insanların qanındakı ǝsli cövhǝrin nǝ olduğunu öyrǝnmǝkdǝn bir an belǝ geridǝ dayanmasın.”

Bu sözlǝr böyük Türk sǝrkǝrdǝsi vǝ siyasǝt xadimi Atatürkün açıq-aydın dilǝ gǝtirdiyi “sǝnin qanını daşıyandan özgǝsinǝ inanma” düşüncǝsinin dilǝ gǝtirilişidir. Bilmirem Türk xalqı indiyǝ kimi bu sözlǝrin mǝnasını başa düşüb ǝmǝl etmişdirmi!? Mǝnǝ görǝ bu vǝsiyyǝt hǝr bir Türkün mayağı olmalıdır, çünki öz milli mǝnsubiyǝtindǝn kǝnarlaşan, özünǝ yadlaşan xalqlar ölmǝyǝ mǝhkumdurlar.

Atatürk 1930-cu ilin 29 Əkim (oktyabr) ayında cümhuriyyǝtin elanının illiyindǝ tǝşkil olunan tǝdbirdǝ Amerikalı jurnalist xanım Ring ilǝ söhbǝtindǝ bu sözlǝri söylǝmişdir: “Türkiyǝ meymun deyildir. Heç bir millǝti yamsılamayacaqdır. Türkiyǝ nǝ Amerikanlaşacaq nǝ dǝ qǝrblilǝşǝcǝkdir. O yalnızca özününkülǝşǝcǝkdir”.

Azǝrbaycan da yavaş-yavaş özününkülǝşir vǝ tarixi qüdrǝtini özünǝ qaytarır, qaytarmağa da mǝhkumdur, çünki ayrı yolu yoxdur.

Ankara, altaylı[email protected]

TƏQVİM / ARXİV