DÜNӘNDӘN BU GÜNӘ - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
1649 | 2023-05-11 19:59

“Bir qövm özünü pozmadıqca Allah onları pozmaz”

Rәd surәsi 11-ci ayә.

"Allah hәr dövrün hökmdarını xalqın ürәyinә görә yollayır. Onları düzәltmәk istәsә saleh birini, hәlak etmәk istәrsә yaxşı olmayan birini hökmdar kimi yollayar." 

İsra surәsi 16-cı ayә.

Әziz dostlar!

Uzun illәrdir doğma vәtәnimiz Azәrbaycanda yaşayıram vә müqәddәs dövlәtimiz üçün yaxşı kadrlar yetişdirmәyә çalışıram. Burada yetişәn kadrlar yalnızca Azәrbaycanın yox bütöv halda Türk dünyasının kadrlarıdır, mәsәlәyә vә çalışmalarıma bu prizmadan baxıram. Mәnә bu şüuru qazandıran da ibtidai mәktәbdәn etibarәn müxtәlif müәllimlәrim olub. Onları Atatürkün ideyasına könüldәn inanmış müәllimlәr yetişdirdi, bizi dә onlar. Bәri başdan demәliyәm ki, Azәrbaycan Türklәrinin Atatürkә duyduğu mәhәbbәt qeyri-adidir vә onların mәhәbbәti qarşısında baş әyirәm. Bunu da Azәrbaycanlı ziyalıların xoşuna gәlsin deyә demirәm, hәqiqәt belәdir.

Tanrım sәnә sonsuz rәhmәt elәsin ey böyük insan, ey Atatürk, Türk dünyasının әvәzsiz şәxsiyyәti..!

Dostlar Atatürk 29 oktyabr 1933-cü ildә mәclisdә etdiyi çıxışında bunları demişdir. Әlbәttә bunları bilirsiniz, ancaq tәkrarәn dilә gәtirmәk istәdim:

“Bu gün Sovetlәr Birliyi dostumuzdur, qonşumuzdur, müttәfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır, fәqәt sabah nә olacağını heç kәs indidәn bilә bilmәz. Eyni ilә Osmanlı kimi, eyni ilә Avstriya-Macarıstan kimi parçalana bilәr, dağıla bilәr. Bu gün caynağında bәrk-bәrk tutduğu millәtlәr ovuclarından xilas ola bilәr. Dünya yeni bir tarazlığa qovuşa bilәr. Bax o vaxtda Türkiyә nә edәcәyini bilmәlidir. Bizim, bu dostumuzun hakimiyyәtindә dili bir, inamı bir, qanı bir qardaşlarımız vardır. Onlara sahib çıxmaya hazır olmalıyıq. Hazır olmaq o günü sakitcә oturub gözlәmәk demәk deyildir. Hazırlanmaq gәrәkdir. Millәtlәr ona nә cür hazırlaşır? Әlbәttә mәnәvi körpülәrini möhkәm tutaraq. Dil bir körpüdür, tarix bir körpüdür. Köklәrimizә enmәli vә hadisәlәrin böldüyü tariximizdә bütövlәşmәliyik. Onların bizә yaxınlaşmasını gözlәmәmәliyik. Biz labüdәn onlara yaxınlaşmalıyıq.”

Türkiyә Atatürkdәn sonra Sovetlәr birliyinin dağılmasına hazırlaşa bilmәdi… Hәm Atatürk, hәm dә İsmәt İnönü Anadolunun işğalı vә sonrasında davam etdirilәn Azadlıq müharibәsi, dövlәtin qurulmasından on beş il sonra başlayan ikinci dünya müharibәsindә ölkәnin tәkrarәn işğala mәruz qalmaması üçün hәyata keçirilәn tәdbirlәrlә cәbәllәşdilәr.

Atam da daxil o günlәri görәnlәr İsmәt İnönüyә әsla mәhәbbәt bәslәmirdi. O vaxt ölkәnin әhali sayı 13 milyon idi. İnönü hakimiyyәti ölkә tәkrar işğala uğramasın deyә iki milyon gәnci әsgәrliyә aparıb, çünki dövlәtçilik bunu tәlәb edirdi. 1912 Trablusqәrb müharibәlәri, 1913-1914 Balkan müharibәlәri, 1914-1918 Birinci Dünya müharibәsi, 1919-1922 Azadlıq müharibәsindә iştirak edәn gәnc nәslinin 80 faizini şәhid verәn, qalanı şikәsd olan әhali ancaq torpağı әkib-biçmәklә dolana bilәrdi. O işlәr dә qalırdı qadınların, qocaların vә uşaqların öhdәsindә. Vәtәn tәkrar işğal olunmasın deyә әsgәrliyә aparılan iki milyon gәnc dә qidalanmalıydı vә o da xalqın әldә etdiyi mәhsuldan tәmin oluna bilәrdi. Xalq torpaqdan әldә etdiyi mәhsuldan beşdә birini dövlәtә vermәk mәcburiyyәtindә idi. Bir sözlә torpağını becәrib әldә etdiyi mәhsuldan dövlәtә verdiyi o vergi xalqa görә İnönünün zorakılığı idi. Türkcәdә “Kazın ayağı öylә deyil” deyә bir ifadә vardır, mәnası da, mәsәlәnin kökündә özgә sәbәblәr dayanır demәkdir. Uşaq vaxtlarımda mәn dә atamın dediklәrinә uyub İnönüyә nifrәt edirdim. Vaxt ötdü, oxudum, universiteti bitirdim vә tariximizlә bağlı layığınca axtarışlar elәdim. O dönәmә mәxsus Türkiyә vә qәrb tarixini vәrәqlәdikcә İnönünün düz yolda olduğunu anladım, onsuz da başqa yol yox idi, çünki qәrb ölkәlәri işğal etdiklәri Türkiyә torpaqlarından Türkün kötәyini yiyәrәk çıxmalı olmuşdu, onlar yardım etmәzdi vә etmәmişdilәr. Türkiyәyә dә öz yağıyla qovrulmaqdan özgә yol qalmamışdı.

Bu çağda bәzәn sual verirlәr ki, Türkiyә texnoloji yöndәn niyә gec inkişaf etdi, Avropadan geri qaldı? Yalnızca Çanaqqala döyüşlәrindә 11 milyonluq әhalidәn 77 min, doqtor, hakim, mühәndis, müәllim vә s. ziyalı şәhid olmuşdu. Әlbәttә Çanaqqalada, Balkanlarda, Anadoludakı Azadlıq müharibәsindә yalnızca Anadolu Türklüyü şәhid düşmәmişdi. Azәrbaycandan başda Lәnkәran olmaqla hәr bir küncündәn pay-piyada yola düşüb Anadoluya havara gedәrәk şәhid düşәn Azәrbaycanlı oğullar tariximizin әn şәrәfli guşәlәrinә adlarını qızıl hәrflәrlә yazmışlar, onlar әbәdiyyәtә kimi unudulmayacaqdır. Eyni ilә onlar kimi, Kәrkükdәn, Mosuldan, Krımdan, Qafqazdan vә digәr yerlәrdәn gedәrәk Anadolu torpağında şәhid düşәn igidlәrimiz kimi. Onların adları birbәbir bilinir, bilirik, bilәcәyik, onları әsla unutmayacayıq.

Anadolu Türklüyü әn seçmә ziyalılarını vә dövlәtin müәyyәn postlarında yetişmiş kadrlarını döyüşlәrdә qurban verdiyindәn Atatürk dövlәti qurar-qurmaz başda Almaniya vә Macarıstan olmaqla dost ölkәlәrdәn alimlәr gәtirdib universitetlәrdә onlar vasitәsilә kadrlar yetişdirmәyә başladı. O zamandan başlanan kadr siyasәti bәhrәsini ancaq yetmiş-sәksәninci illәrdәn etibarәn verә bilәrdi vә elә oldu. Mәndәrәs dövründә başlayan silkinmә Amerika vasitәsilә hәrbi çevrilişlә yarım buraxıldı. Mәndәrәsin buraxdığı bayrağı Süleyman Dәmirәl götürdü vә Türkiyә onun dövründә tam mәnası ilә özünә gәldi, Özal dövrü isә bir döngә idi. Hәr gәlәn hakimiyyәt Türkiyәni irәliyә aparmağa başladı, ancaq qәrbli imperialistlәr bu dәfә öncә sağ-sol davasını, sonra PKK vә ardınca da Hizbullahı Türkiyәnin başına bәla elәdi, indi dә qaçqın problemi ilә cәbәllәşirik. Suriyadan, Əfqanıstandan, İraqdan vә digәr yerlәrdәn gәlәn qaçqınların sayı beş milyondan artıqdır vә onlara xәrclәnәn pul dövlәt rәhbәrinin dediyinә görә 150 milyard dolları ötmüşdür.

Bilmirәm öz vәtәnini qoyub qaçan әrәbin Türkiyәyә nә xeyri olacaqdı? Cümhurbaşqanı “onlar bizim qardaşlarımızdır, әlbәttә sahib çıxacayıq” dediyi vә Türkiyәyә pәnah gәtirәn bu әrәblәr Birinci Dünya Müharibәsi illәrindә İngiltәrәdәn qızıl alıb Mәhmәtciklәri arxadan vurub şәhid edәnlәrin yetirmәlәridir.

Atatürkün yoldaşları ilә birlikdә yaratdığı Türkiyә Cümhuriyyәti dövlәtinin әn yüksәk postunda oturan şәxs Atatürkә әyyaş demiş, onun mirasının aradan götürülmәsi üçün bütün güclәri ilә çalışmışlar. Bu cür hәrәkәtlәr hansı insafa, dövlәt böyüyünә hörmәtә vә insan olmağın lәyaqәtinә sığışar?

Türkiyә üzümüzә gәlәn bazar günü seçkiyә gedir, yeni cümhurbaşqanını seçәcәkdi, Ulu Tanrı hәr kim tarix boyu hәm xarici düşmәnlәrdәn, hәm dә daxildәkilәrdәn zәrbә yeyәrәk darmadağın olmuş millәtimizә xeyir verәcәk, irәliyә apara bilәcәksә onu uğurlu elәsin.

Mәn yalnız bir şeyә inanıram… Türk millәti Allahın ordusudur. Tanrı öz ordusunu onun-bunun әlindә qoymaz. Türkiyә indiyә kimi Azәrbaycana hansı duyğuları bәslәyibsә seçilәcәk cümhurbaşqanı da Atatürkün yolundan yerimәyә vә qardaş Azәrbaycana arxa durmağa davam edәcәkdir, heç kәsin şәkki olmasın. Yaddan çıxmasın ki, Osmanlı dövlәti tәnәzzülә uğradığı zaman dağıdılmış Osmanlı ordusundan “Qafqaz İslam” ordusu adıyla güc yaradılmış vә o güclә başda Bakı olmaqla Azәrbaycan imperialist Bolşeviklәrdәn vә onların maşası ermәnilәrdәn tәmizlәnmiş, ardınca da müqәddәs Azәrbaycan Cümhuriyyәti yaradılmışdı.

Mәrhum Calal Bayardan etibarәn Camal Gürsәl, Cәvdәt Sunay, Fahri Korutürk, Kәnan Evrәn, Turqut Özal, Süleyman Dәmirәl, A. Nәcdәt Sezәr, Abdullah Gül kimi cümhurbaşqanlarının seçkilәrinә şahid oldum. Ancaq heç bir dövlәt vә siyasәt xadiminin indiyә kimi küçә söyüşlәrini dilinә gәtirmәsinә şahid olmadım çox tәәssüf…

Atatürkün yaratdığı Türkiyә Cümhuriyyәtinin cümhurbaşqanlığı stolunda oturub ona “әyyaş” demәk nә Türkiyәnin cümhurbaşqanına, nә tarixi mirasa hörmәtә, nә o sәviyyәdәki dövlәt adamına yaraşmır.

Lәyaqәtsizlik heç vaxt uğurlu olmayıb vә indәn belә dә olmayacaqdır…

Su axacaq, sunurunu tapacaqdı.

 

TƏQVİM / ARXİV