Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, Ukrayna münaqişəsinin həlli ilə bağlı, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışıqlar aparnaq üçün Moskvaya gəlib.
Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Kremldə keçirilən görüş konstruktiv və səmərəli başa çatlb. Moskva Vaşinütona Ukrayna məsələsiylə bağlı bəzi siqnallar ötürüb və eyni zamanda Rusiya-ABŞ arasında münasibətlərin inkişafı perspektivləri müzakirə olunub.
ABŞ prezidenti Donald Tramp görüşün nəticələrindən ümidlənib. ABŞ prezidenti Truth Social sosial şəbəkəsində yazır ki: "Böyük "proqress" əldə olundu. Mən, əldə olunan nəticələrlə bağlı bir sıra avropalı tərəfdaşlarımızı məlumatlandlrdım. Hamı razıdır ki, bu müharibə sona çatsın və biz, yaxın günnlərdə, yaxın həftələrdə bunun üzərində çalışacağıq".
Hələlik görüşün detalları açıqlanmasa da, şübhə yoxdur ki, Rusiya prezidenti atəşin dayandırılması üçün, daha əvvəllərdə irəli sürdüyü tələblərin yerinə yetirilməsini istəyib. Yəni, İşğal etdikləri Krımın və dörd vilayətin Rusiyanın əraziləri kimi tanınması, İşğal edilmiş və artıq Rusiyanın ərazilərinə daxil edilmiş vilayətlərin Ukraynanın əlində qalan parçalarınln da Rusiyaya verilməsi, Ukrayna silahlı qüvvələrinin faktiki olaraq tərksilah edilməsi, Ukraynanın heç vaxt NATO-ya qəbul edilməməsinə zəmanət verilməsi və s. "sərsəmləmələr".
Təbii ki, Ukrayna Rusiyanın faktiki olaraq təslimçilik tələbləriylə heç vaxt razılaşa bilməz. Belə bir vəziyyətdə ABŞ prezidenti Donald Trampın bu görüşdən məmun qalması, görüşün səmərəli olduğunu bəyan etməsi, ən azından təcüb doğurur. Ya da, Tramp Putinə verdiyi 10 günlük müddətin bir azda uzanmasını sığortalamaq istəyir.
Çünki, Trampda başa düşür ki, Ukraynanın Rusiyaya tıəslim olması, Putinin əl-qolunu aça və imperiya xəyyallarının gerçəkləşdirməsinə ruhlandıra bilər.
Rusiya prezidrşentinin Trampın xüsusi nümayındəsinə verdiyi vədlərin yerinə yetirmıyəcəyi gün kimi aydındlr. Rusiya prezidentinin son onillərdə-"Rusiya heç vaxt Krımı almayacaq", "Ukraynaya hücum etmıyəcək", "Kremlin imperiyanı bərpa etmək niyyəti yoxdur" və s. bu kimi bəyənatlarlnın son nəticələri hazırda göz qabağındadır. Bundan baçqa son vaxtlar solovyovlar, skabayevalar, simonyanlar, tolstoylar və nəhayət onlra yeni qoşulan mixalkovlar kimi şivinist ruporları vasitısiylə keçmiş postsovet respublikalarını açıq təhdit etməsi də, onun mənfur niyyətlərindən xəbər verir...
P.S... Putinin köməkçisi Uşakov, Putinin Uitkoffla danışıqlarının detallarının, ABŞ prezidrnti Trampa məruzə edildikdən sonra açıqlanacağını bildirib. Gözləyək görək, Tramp nədən məmun qalıb?..
P.S.S... Bu arada, New York Times, mənbələrinə istinad edərək yazlr ki, Tramp gələn həftə Putinlə görüşəcək...