adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 11:38
69
DÜNYA
A- A+

"Sona qədər davam edin - biz sizinləyik!" - ABŞ-dən İsrailə

İsrailin müdafiə naziri Israel Katz Pentaqon rəhbəri Pit Heqset ilə telefonla danışıb. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki,  Katz altı amerikalı hərbçinin ölümü ilə bağlı amerikalı həmkarına başsağlığı verib və İsrailin bölgədəki Amerika qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcəyini bildirib. 

Heqset Katz ilə söhbətində "Sona qədər davam edin - biz sizinləyik", - deyib. 

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə hücuma keçib. Buna cavab olaraq isə, İran da İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrə raketlər atıb.