Həmin körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENiLƏNİB

Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.
Adalet.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", -o bildirib.
***
12:25
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
Digər Xəbərlər

17 ildir unudulmayan "5 günlük müharibə"nin izləri FOTOLARDA

"Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər" - Əsirlikdə olmuş azərbaycanlı

İşçinin əmək hüquqlarını pozan klinika cərimələndi
jpg-1754642974.jpg)
"Vaşinqton görüşü"nə 2 baxış: Rus beyinli erməni, erməni beyinli amerikalı
jpg-1754637132.jpg)
96+34 ildir əlimizdən gedən yurdumuz: Bayquşların işğalndakı Nüvədi

Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olundu
jpg-1754572142.jpg)
26 kəndin mühasirədən qurtarıldığı gün: Uğurlu Başkənd əməliyyatı - 33
