"Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq" - Prezident
"Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi, sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik", - deyə dövlət başçısı bildirib.
Digər Xəbərlər
19 Iyun 2026 19:56
“Eqoist düşüncə tərzi insanlara heç nə vermir...”
19 Iyun 2026 17:09
Beynəlxalq tədbirlər yeni regional reallığın, dayanıqlı sülhün və birgə əməkdaşlığın təşviqinə xidmət edir
19 Iyun 2026 16:35
IsDB Bakıdakı toplantılarında 6 milyard dollarlıq sazişlər imzalayıb
19 Iyun 2026 15:42
Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
19 Iyun 2026 13:41
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
19 Iyun 2026 13:26
İlham Əliyev: Əziz Əliyev dağıstanlıların deportasiyaya məruz qalmaması üçün çox iş görüb
19 Iyun 2026 12:37
“İranın nüvədən imtina etməsi əslində İsrailə sərf etmir...”
19 Iyun 2026 12:32


Bakı -°C

