21 Fevral 2024 13:31
1237
ƏDƏBİYYAT

“Mən də erməniləri ifşa etmişəm və hayların hədəsinə tuş olmuşam” - YAZIÇI FİRUZ MUSTAFA

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanılıb. K. Zeynallının dediyinə görə, o, “Domodedovo” hava limanında saxlanılıb. Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, bu səbəbdən saxlanıldığını deyiblər.

Adalet.az xəbər verir ki, yazıçı Firuz Mustafa bu məsələ ilə bağlı reaksiya verib. 

“İdmançı Kamil Zeynallı ermənilərin şikayəti əsasında Moskva təyyarə limanında saxlanılıb. İdmançının özünün dediyinə görə, onu Yerevana təhvil vermək istəyirlər. Belə çıxır ki, Moskva ermənilərin yanında "yaxşı kişi" rolunu oynamaq istəyir. Ona qalmış yüzlərlə yazımda mən də erməniləri ifşa etmişəm və hayların hədəsinə tuş olmuşam. Onda ölkədən kənara çıxmayım və ya qonşu ölkəyə getməyim? Məsələ tədricən aydınlaşır. Zənnimcə Moskva bu cür hərəkətlə Bakıda saxlanılan bir çox cinayətkar ermənilərin dəyiş-düyüş yolu ilə azad edilməsinə nail olmaq və "cızığından çıxan"  erməniləri ram etmək istəyir. 

 

Emin