adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Oktyabr 2018 11:50
65218
MƏDƏNİYYƏT

"Mən uzun müddət anamla eyni çarpayıda yatmışam" - Marcello Mastroianni

Marcello VincenzoDomenico Mastroianni – "italyan sevgili”, "italyan nişanlı” təxəllüslü məşhuraktyor, dahi Fellininin alter-eqosu, Sofi Lorenin daimi tərəf müqabili, aktyorMarcello Mastroianni 1924-cü ilin 28 sentyabrında İtaliyada, Fontana-Liri adlıdağ kəndində xarrat ailəsində anadan olmuşdu. Atası Ottorino Mastroianni kasıbxarrat, anası, yəhudi mənşəli İda İrolle (İdolson) isə evdar qadın idi. Bir qədər sonra ailəTurinə köçmüş, ailənin ikinci aktyoru, Marcellonun kiçik qardaşı Rudjero daorda doğulmuşdu.

Mastroiannilərailəsi çox kasib idi. "Mən uzun müddət anamla eyni çarpayıda yatmışam, çünkiotaqda yer yox idi. Qardaşlarım bizim yanımızda döşəmədə yatırdılar, atam isə dəhlizdə.Ancaq mən bunda pis heç nə görmürdüm, çünki yaşıdlarım da eyni vəziyyətdə idilər”– Mastroianni uşaqlığını xatırlayanda deyirdi. 

Alman düşərgəsindən qaçmağı bacarmışdı

Gələcəkaktyorun uşaqlıq və gənclik illəri nasizm dövrünə düşmüşdü. Hətta Marcellofaşistlər tərəfindən Almaniyanın şimalındakı əsir düşərgələrindən birinədeportasiya olunmuş, bir müddət orda işləmişdi. Düşərgədən qaçmağı bacarmışMastroianni bir neçə ay Venesiyada gizlənmiş, müharibə başa çatandan sonraRomaya köçmüş, kino şirkətlərinin birində mühasib işinə düzəlmişdi. Buvəzifədə işləyə-işləyə Roma universitetində inşaat və memarlıq fakultəsinə daxilolmuşdu. Universitetdə dərslərinə hazırlaşmaqla paralel tələbərinhazırladıqları tamaşalarda da iştirak eləyirdi. Elə Giulietta Masina ilə dəorda tanış olmuşdu. Hərçənd bir qarnı ac, biri tox yaşamaqdan yorulmuş Marcelloaktyor yox, memar olmaq istəyirdi, çünki bu peşədə yaxşı pul qazanacağınainanırdı.

Ancaq Marcellonun memar olmaq arzusu "gözündə qalır”. Luchino Viscontininucbatından. Universitetin tamaşalarından birində onun ifasını bəyənən Visconti,Mastroiannini "Elizeo” teatrının truppasına dəvət eləyir.

Mastroianni Viscontinin diqqətini niyə cəlb elədyini anlamırdı. O, zahiri görkəmini– 176 sm-lik boyunu, kobud formalı burnunu, dolu dodaqlarını və nazik əllərinibəyənmirdi. Lakin Visconti onun rola girməyi bacardığını, qəhrəmanlarının ənincə duyğularını belə çatdıra bildiyini düşünürdü. Yəqin elə buna görə bir neçətamaşadan sonra onu özünün "Bəyaz gecələr” filmində baş rola dəvət eləmişdi. Bufilmdə Mastroianni ilk dəfə melanxolik intellegent obrazını yaradır. Onun ifasıFellininin o qədər xoşuna gəlir ki, gənc aktyor "Şirin həyat” filmində baş rolualır. Beləcə, onların birgə fəaliyyətlətinin əsası qoyulur. Hərçənd FelliniMarcellonu təkcə aktyorluğuna görə bəyənmirdi: "O, həmişə çox yeyirdi. Bu cəhətidiqqətimi çəkmişdi, çünki yaxşı iştahası olan insanlara simpatiya duyuram. Odurki, Marcello ilk dəfə diqqətimi oyunu ilə yox, yeməyi ilə cəlb eləmişdi. O, əslqurman idi” – özü də dadlı yeməkləri sevməyi ilə məşhur olan Fellini M.Mastroianni haqqında deyirdi.

Əslində Fellini "Şirin həyat” filminə Marcellonu yox, amerikalı Paul Newmanı çəkməkistəyirdi. Amma Newman özünü "yuxarıdan aparıb” şərtlər qoymağa başlayandarejissor rolu adi zahiri görkəmə sahib, tanınmamış aktyora vermək qərarına gəlir.

"Şirin həyat” 1960-cı ildə Kann Kinofestivalında baş mükafata layiq görülür.Marcello Mastroianniyə isə vətənində ilin ən yaxşı aktyoru adı verilir. Bundansonra Mastroianni Fellininin "Səkkiz yarım”, "İntervyu”, "Cincer və Fred”,"Qadınlar şəhəri” filmlərində də çəkilir.

"Deyəsən, mən Fellininin ruhunun vizual təcəssümü idim, — Marcello deyirdi, —Fellininin alter egoya, öz zəifliklərini yükləyə biləcəyi personaja ehtiyacıvardı. "Səkkiz yarım” filmində mən içimdəki antiqəhrəmanın mahiyyətini üzəçıxartmışam. Ümumiyyətlə, Fellininin filmlərində oynadığım bütün personajlar bəxtsizinsanlardı. Və onlardan çox xoşum gəlirdi, çünki ruhən mənə yaxındılar”...

Aktyorun yaradıcılığında xüsusi yeri olan daha bir rejissor vardı — Vittorio deSica

O, aktyorun Sofi Lorenlə duetinin "dirijoru” idi. "İtalyansayağı nigah”, "Dünən,bu gün, sabah” filmləri tənqidçiləri də, tamaşaçıları da səmimiyyəti vəehtirası ilə heyran eləmişdi və dünya kinosunun şedevrləri heab olunurdu.

Sözügedən filmlər Mastroiannini bütün Avropada məşhurlaşdırır. 1961-ci ildə tənqidçilərMastroianninin digər bir dahi italyan rejissoru M. Antonioninin "Gecə” filmindəoynadığı rolu da çox bəyənirlər. Onun soyuq ifası rejissorun vermək istədiyi "müasircəmiyyətdə yadlaşma” ideyasını dəqiq çatdırırdı.

70-80-ci illərdə aktyor əvvəlkindən daha çox çəkilməyə başlayır. Hər ilekranlara onun iştirakı ilə bir neçə film buraxılır. Onlar tamaşaçılar arasındao qədər də uğur qazanmasalar da, Mastroianni əvvəlki kimi kinotənqidçilərinsevimlisi idi.

1986-cı ildə aktyor, Nikita Mixalkovun "Qara gözlər” filmində oynadığı rola görəüçüncü dəfə "Oskar”a namizəd olur.

Aktyor sonuncu rolunurejissor Robert Altmanın "Pret-a-porte” filmində oynayır. Bu filmdə Sofi Lorenlətərəf müqabili olan M. Mastroianni Rusiyadan vətəninə qayıdan və Loreninpersonajına aşiq olan italyanı canlandırır.

Xərçəng onun da axırına çıxdı

Mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən Mastroianni "Pret-a-porte” filmindəniki il sonra dünyasını dəyişir. Aktyorun dəfn mərasimi ərəfəsində Romada yerləşən,"Şirin həyat” filmi ilə məşhurlaşmış Trevi fəvvarəsi aktyorun xatirəsinə hörmətəlaməti olaraq söndürülür və üzərinə qara örtük salınır.

Marcello Mastroianni öz sənət fəlsəfəsini belə ifadə eləyirdi: "Mən çox tənbəl,passiv insanam. Mən- hərəkət adamı deyiləm, müşahidəçiyəm. Mən- pəncərəqarşısında dayanıb başqalarına baxan insanam. Fəlsəfəm də italyan fəlsəfəsidi –hər şeyi sabaha saxla. Gecələr mənə bir boşqab spaqetti, bir şüşə şərab vədostlarım lazımdı. Yaxşı filmlərimin hamısında da hərəkət eləyən yox, reaksiyaverən personajları oynamışam. Belə rollarda özümü daha rahat hiss eləyirəm...”. 

1950-ci ildə, teatr karyerası təzə başlayanda, hələ qadınların üzünə baxmadığıvaxtlarda Mastroianni italyan bəstəkarı Ezio Corabellanın qızı, aktrisa FloraCarabella ilə evlənir. Bir il sonra onların Barbara adlı qızı dünyaya gəlir.

Flora Marcellonun qanuni nigahla evləndiyi yeganə qadın olur. Aktyor uzun,qısa, bütün sevgi macəralarından sonra onun yanına qayıdır. Harda, kiminləolur-olsun, hər il toylarının ildönümündə Floraya zəng vurur və qızılgül buketigöndərirdi.

"Əvvəllər onun macəralarından xəbər tutanda dəli olurdum, evdə mebellərisındırır, qışqırıb-bağırırdım. Amma sonra Visconti mənə həyati-vacib bir məsləhətverdi. Dedi ki, "əgər o azad olsa, həmişə sənin yanına qayıdacaq. Marcellonun təbiətibelədi – o, pərvanə kimidi, şamdan şama uçur”- deyə Flora müsahibələrininbirində deyirdi.

"İtalyan sevgili”nin tərəf müqabili olduğu hər aktrisa ilə macəra yaşadığıdeyilirdi, hətta Sofi Lorenlə də. Lakin hər ikisi bu şayiələriinkar eləyir, israrla "sevgi münasibətlərinin” ekrandan kənara çıxmadığını, həyatdayalnız yaxşı dost olduqlarını təkrarlayırdılar.

Əvəzində aktyorun amerikalı aktrisa Faye Dunawaylə münasibəti daim mətbuatıngündəmində idi. Onlar çəkiliş zamanı tanış olmuşdular, dərhal da aralarında"elektrik” yaranmışdı.
"Bizim münasibətimiz çəkiliş meydançasında öpüşlə başlamışdı. Ssenariyə görə mənonu qucaqlayıb öpməli idim. Elə həmin öpüşdən sonra məhv olduğumu başa düşdüm.O, şimşək kimi gəlmişdi”, — deyə M. Mastroianni deyirdi.

Onların qitələrarası "gizli” sevgisi üç il davam eləyir və Faye Mastroiannidənboşanmasını tələb eləyəndə hər şey bitir. Ayrılıqlarından bir həftə sonra Fayeictimai şəkildə "Marcello ana uşağıdı, müstəqil qərar verməyə qadir deyil”, —deyə bəyan eləyir.

Marcellonu isə bu ayrılıq çox pis yaralamışdı. "Mən Faye-i çox sevirdim, ancaqhər şey ağrılı bitdi və biz bir daha danışmadıq. Mən bir də onu görmək istəmirdim”,— deyə aktyor sonralar etiraf eləyirdi.

Bir sevgi yarasını nə sağalda bilər? Başqa bir sevgi. Mastroiannidə də beləolur. "Bu yalnız başqalarının başına gələ bilər” filminin çəkilişlərində tanışolduğu 27 yaşlı Catherine Deneuve 46 yaşlı aktyora keçmiş sevgilisini nəinkiunutdurur, hətta onun həyatının ən vacib qadınına çevrilir. Floranın nifrətlə"o əcinədi” adlandırdığı Catherine-lə Marcellonun münasibətləri bir neçə ildavam eləyir. Bütün bu vaxt ərzində aktyor Parislə Roma arasında yaşayırdı. O,dəfələrlə Catherine-ə evlənmək təklif eləsə də, hər dəfə rədd cavabı alırdı.Bir tərəfdən onun ailəsini dağıtmaq istəməyən Catherine digər tərəfdən ailəinstitutuna inanmırdı. Ümumiyyətlə, deyilənə görə, fransız aktrisasıMastroianni ilə soyuq və qapalı davranırmış.

Ancaq Marcello onun soyuqluğuna inanmırdı. Müsahibələrinin birində münasibətlərihaqqında soruşan jurnalistlərə "Sevir! O mənim sevimli yeməyimi bişirir- lobya!Təsəvvür eləyirsiz, Catherine və lobya!”, — demişdi. 

Həqiqətən də, yemək bişirməkdən zəndeyi-zəhləsi gedən Catherine lobya bişirməyin34 üsulunu öyrənmişdi. Ancaq 1972-ci ildə doğulan qızları Chiara daCatherine-in evliliklə bağlı fikrini dəyişmir. Hətta Marcellonun Flora iləboşanması da ona təsir eləmir. Deyilənlərə görə, bunu eşidən Giulietta Masina ərinə"Yazıq Marcello fransız müstəqilliyinin sarsılmaz qalasını almaq üçün sonuncuvasitəni də istifadə elədi” söyləyibmiş.

Deneuve-ün növbəti rədd cavabından sonra Marcello arvadına zəng vuraraq:"Flora, o, yenə yox dedi. Hətta sən də onunla evlənməyimə razılıq vermişdin,amma o, yox dedi. Mən ölmək istəyirəm”, — deyir və tezliklə İtaliyaya Floranınyanına qayıdır. Ancaq o, sevdiyi qadını və qızını görmək üçün tez-tez gizlincəParısə gedir. Chiara onun sevimlisi idi.

Sonralar Chiara Mastroianni valideynlərinin yolunu davam etdirir və aktrisaolur, hətta anası ilə birlikdə Claude Lelouchun "Yalnız ikimiz” filmində çəkilir.Ancaq Marcello Mastroianni ölümlə əlləşdiyi günlərdə həyat yoldaşı Flora iləbirlikdə Catherine Deneuve qızı Chiara da onun yanından ayrılmır.

Aktyorun sonuncu sevgisirejissor Anna Maria Tato olur. Onlar Parisdə yaşayırdılar, aktyor artıq xərçəngolduğunu bilirdi. Buna görə də ömrünün son günlərində ürəyini boşaltmaq qərarınagəlir. Anna Maria onun yeddi saatlıq etirafını lentə yazır.

Ancaq aktyorun ölümündən bir il sonra lent yazısını kitaba çevirmək istəyəndə əməmlli-başlıqalmaqal başlayır. Mastroianninin qadınlarından heç biri etirafın çapolunmasını istəmir, Anna Marianı aktyorun adından yararlanmaqda ittiham edirlər.

"Mən heç vaxt birlikdə olduğum qadınları saymamışam – sadəcə sevmişəm! Onlar buhəyatda mənə çox şey veriblər. Bəlkə də mən onlara daha az şey vermişəm”, deyəMarcello müsahibələrinin birində etiraf eləyirdi.