Ayrılıqvaxtı baş tutan absurd dialoqları bir yerə yığdıq. Adalet.az saytı həmindialoqları sizə təqdim edir.
***
- Niyə?Niyə mənə xəyanət etdin?
Bu sualdan sonra adətən kişilər deyir:
-Əzizim, hər şey düşündüyün kimi deyil. İmkan ver, izah edim.
Qadın özündən raket yerdən çıxan kimi çıxıb.
- Nəbildiyim kimi deyil? Gözlərimlə gördüm e, gözlərimlə. Mənə bunu necə etdin?
Kişinin hələ ki, başqa cavabı yoxdur. Niyə və sus arasında haça-paça qalıb.
- Əzizim,hər şey düşündüyün kimi deyil. İmkan ver, izah edim.
Qadınsa durmadan sual verir və həmişə bu sonluqseriallarda istifadə olunur:
- Sus,izah eləmə, sus! Niyə? Niyə mənə xəyanət etdin? Mənə bunu necə etdin?
Kişi son bir şansının qaldığına inanır:
- İmkanver, əzizim, izah...
- Sus!Danışma, çıx get! Rədd ol!
***
Kişi:
- Niyəbelə edirsən? Getmə!
Qadın:
- Mənbunu sənin yaxşılığın üçün edirəm. Özün də görəcəksən, rahat olacaqsan. Bizimkiəvvəldən alınmırdı. Bunu hiss eləmişdim.
***
Qadın:
- Sən məndəndə yaxşılarına layiqsən! Sağ ol!
***
Kişi:
- Nə başverdi, illərdir sevirik bir-birimizi.
Qadın:
- Məni xalamoğlunaverirlər.
***
Qadın:
- Bilirəm,mənsiz çətin olacaq. Amma sağ ol! Bizimki bura qədərdi.
***
Qadın:
- Hərşeyi sən elədin. Eybi yox, qədrimi bilən tapılar.
***
Qadın:
- Sənəxoşbəxt olmağı arzulayıram.
***
Qadın:
- Sənəqarğış eləmirəm, amma səni tanıdığım günə lənət olsun!
***
Qadın:
- Onsuzda sən mənim ürəyimcə deyildin. Bizi xalamqızı tanış eləmişdi.
***
Qadın:
- Məndənistifadə elədin!
***
Kişi:
- Get, səniAllaha tapşırıram.
***
Qadın:
- Səniçox sevmişdim. Yenə də sevəcəm. Amma ayrılmalıyıq.
***
Kişi:
- Heçvaxt səni mənim qədər sevən olmayacaq!
***
Qadın:
- Zorlaqal deməyəcəm, amma get də demirəm. Özün bilərsən!