Mərkəzi Bank: “Naxçıvanda filial açmaq istəyən bank olarsa, müraciətinə baxılacaq”
“Naxçıvanda filial açmaq istəyən bank olarsa, onların müraciətinə baxılacaq”.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-dən qeyd ediblər ki, qanuna əsasən, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən filialın açılmasına icazənin verilməsi Bankın səlahiyyətli orqanının qərarı və müraciəti əsasında həyata keçirilir.
“Bu il noyabr ayının sonuna Naxçıvan Muxtar Respublikasında 7 bankın 18 filialı, 1 şöbəsi və 2 mübadilə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 bank olmayan kredit təşkilatının filialı fəaliyyət göstərir (“Aqrarkredit” QSC BOKT və MM “FİNCA Azərbaycan” Qeyri-bank kredit təşkilatı). 2022-ci ildə 2 yeni bank filialı açılıb. Müraciət olunarsa, qanunvericiliyə uyğun olaraq baxılacaq”,- deyə AMB-dən əlavə ediblər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev açıqlamasında Naxçıvanda yeni bank filiallarının artmasının səbəbini bölgələrdə iqtisadi aktivliklə əlaqələndirmişdi.
Digər Xəbərlər
24 Sentyabr 2026 13:48
Mal əti bahalaşdı - VİDEO
24 Sentyabr 2026 10:40
“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02


Bakı -°C

