"Məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm" - Xanlar Vəliyev

"Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm".
Adalet.az xəbər verir ki, bunu sabiq hərbi prokuror Xanlar Vəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı andiçməsi zamanı bildirib.
“Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səsverməyinizə görə təşəkkürümü bildirirəm".
Daha sonra Xanlar Vəliyev parlamentdə and içib.
"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”, - deyə X.Vəliyev bildirib.
Digər Xəbərlər

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Məhkəmə

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər - YENİLƏNİB + FOTOLAR

Prezident bu məhkəmələrə sədrlər təyin etdi - SƏRƏNCAM

"Snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Zərərçəkmiş şəxs

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

MƏHKƏMƏ: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - YENİLƏNİB
