"Snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Zərərçəkmiş şəxs

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
Adalet.az xəbər verir ki, zərərçəkmiş şəxs qismində tanınan Sadiq Baxşıyev ifadə verib. O, ifadəsində Ağdərə rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldığını bildirib.
Onun aldığı xəsarət sağlamlığa ağır zərərvurmaya aiddir.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Digər Xəbərlər

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər - YENİLƏNİB + FOTOLAR

Prezident bu məhkəmələrə sədrlər təyin etdi - SƏRƏNCAM

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

MƏHKƏMƏ: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - YENİLƏNİB

Ermənilərin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəməyə təqdim olundu

Məhkəmədə Laçının işğalı ilə bağlı videomaterial nümayiş etdirildi

MƏHKƏMƏ: Ermənistanda yüksək vəzifələr tutmuş şəxs qondarma rejimdə "nazir" imiş - FOTOLAR
