Messinin uğurunu təkrarladı

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Dyekereş UEFA Çempionlar Liqasında Lionel Messi və Kristofer Nkunkunun uğurunu təkrarlayıb.
Adalet.az xəbər verir ki, 26 yaşlı hücumçu buna "Mançester Siti"yə qalib gəldikləri (4:1) turnirin Liqa mərhələsinin IV turunun matçında 3 qol vurmaqla nail olub.
İsveçli forvard qitənin bir nömrəli klub turnirində "şəhərlilər"lə qarşılaşmada het-trik edən üçüncü oyunçudur.
Daha əvvəl Lionel Messi 2016-cı ildə İspaniyanın "Barselona" komandasının heyətində, Kristofer Nkunku isə Almaniya təmsilçisi "Leyptsiq"də bunu bacarıb.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
