"MİDA gərək bu xətalara ağlabatan bir izahat verəydi" - Osman Gündüz
"Ötən gün MİDA-nın onlayn satış prosesinə kiberhücumlar olub. Beləliklə, MİDA-nın ötən gün keçirilən güzəştli mənzillərin onlayn satışı ilə bağlı rəsmi məlumat gec də olsa açıqlandı".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
"Açıqlanan məlumatdan diqqət cəlb edən odur ki, DTX, XRİTDX və MİDA ötən günkü satışda baş verənlərlə bağlı araşdırmalar aparıb.
Hər üç qurumun bir az öncə açıqlanan birgə məlumatında qeyd olunur ki, mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilib, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınıb.
Hər üç qurum vətəndaşları "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməyə və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməyə çağırıb", - deyə mütəxəssis qeyd edib.
O bildirib ki, DTX, XRİTDX və MİDA-nın çoxsaylı şikayətləri nəzərə alaraq dərhal araşdırmalara başlaması və birgə açıqlaması təqdirəlayiqdir:
"Görünür ki, aparılan araşdırmalar satışın nəticələrinin ləğvi üçün ciddi əsaslar yaratmayıb və qurumlar satışın uğurla başa çatmasını qeyd ediblər.
Bununla belə, biz daha ağlabatan cavab gözləyirdik. MİDA gərək istifadəçilərin seçim prosesini icra edə bilməməsinə, çox sayda istifadəçilərin qarşısına çıxan xətaya ağlabatan bir izahat verəydi.
Mənim subyektiv fikrimə görə, çox sayda istifadəçilər qarşısına çıxan xətalar qeyd olunan kiber hücumla bağlı, eyni zamanda MİDA-nın "Güzəştli mənzil" sisteminin qüsurlarından, server və baza problemlərindən, insan amili ilə bağlı məqamlardan da asılı ola bilərdi.
İstənilən halda, düşünürəm ki, alternativ satış üsulu təqdim etməyin məqamı yetişib. Belə davam edə bilməz. Hökumət gərək bunun fərqində olsun.
Hər onlayn satışdan sonra təhlükəsizliyə cavabdeh qurumlar araşdırmalara başlayacaqlarsa bütün bunlar əlavə narazılıqlar, dövlət qurumunun fəaliyyətilə bağlı neqativ fikirlər formalaşmasına gətirib çıxarır .
Əgər vətəndaş güzəştli mənzil hüququna malikdirsə, lakin Enter düyməsini basa bilmirsə, rəqəmsal savadı yetərli deyilsə nə etməlidir ?
Əlbəttə , o məcburdur ki digər üsullara, əl atsın.
Eyni zamanda, peşəkar insanların da bu tip yarışmada hansısa səbəbdən uğur qazana bilməməsi də əlavə neqativlərin formaşaşmasına təkan verir.
Dəfələrlə deyilib ki, indiki sistem insan amilinin rolu olmamaq baxımından , texnoloji baxımından üstün hesab olunsa da, onun mahiyyətində böyük bir ƏDALƏTSİZLİK var.
Ümid edirəm növbəti onlayn satışadək hökumət yenidən bu məsələyə diqqət yetirəcək".
Digər Xəbərlər
04 Dekabr 2025 18:00
SƏN NƏ İSTƏYİRSƏN, RAMİZ MEHDİYEV?!
04 Dekabr 2025 13:02
"MİDA mənzillərin satışı ilə bağlı heç bir rəsmi açıqlama verməyib" - Ekspert
04 Dekabr 2025 12:30
İsa Həbibbəyli: Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq
04 Dekabr 2025 11:54


Bakı -°C

