"Miraj"ın aktyoru vəfat etdi
Keçmiş SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Lisitis 76 yaşında vəfat edib.
Adalet.az report-a istinadən xəbər verir ki, bu barədə onun həmyerlisi, idman fotoqrafı Ziqizmunds Zalmanis məlumat verib.
Arnis Lisitis 1946-cı il yanvarın 6-da Latviyanın Riqa şəhərində dünyaya gəlib. Onun atası Alfred Videnieks və anası Helqa Lisitin aktyor olub. Arnis Lisitis kinoda debütünü 1965-ci ildə edib. O, "Miraj", "İtirilmiş Sibir", "Günahkar saymaq", habelə İkinci Dünya müharibəsinə aid bir sıra filmlərdə aparıcı rollara çəkilib, keçmiş sovetlərin mərkəzi televiziyasının "Ağ tutuquşu" yumoristik televerilişində iştirak edib.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

