Mirzoyan: Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək
“Sənəddə qeyd olunan və ictimaiyyətə açıqlanan məqamlar tam razılaşdırılıb”.
Adalet.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP-in icrası ilə bağlı Ermənistan-ABŞ bəyanatı barədə bildirib.
“Bunlardan başqa razılaşdırılmış heç nə yoxdur. Qaldırılmış, müzakirə edilmiş, razılaşdırılmış, amma hansısa səbəblərlə açıqlamadığımız heç bir şərt yoxdur. Belə bir müddəa mövcud deyil. Bu sənəddə olan və dərc edilən nədirsə, odur”, - o deyib.
“Tramp yolu” və ya TRIPP haqda danışan Mirzoyan qeyd edib ki, bu, sadəcə lokal əhəmiyyətli nəqliyyat qovşağı deyil:
“Mən burada üç məqam görürəm. Birincisi, üçüncü ölkələrlə əlaqələndirmə - şərti olaraq desək, TRIPP vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı bağlantısı ilə bağlıdır. İkincisi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələndirmədir. Üçüncüsü - bizim üçün ən vacib məqam isə Ermənistanın üçüncü ölkələrlə iki istiqamətdə - Mərkəzi Asiya və Qərblə əlaqələndirilməsidir. Bu sənəd məhz bu anlayışı əks etdirir”./Teleqraf
Digər Xəbərlər
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00
“Bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır”
19 Mart 2026 12:56
Bayram günlərinin HAVASI
19 Mart 2026 12:54
İlham Əliyevlə Şavkat Mirziyoyev bir-birilərini bayramlara görə təbrik etdilər
19 Mart 2026 10:55
"SEPAH generalları yenə yanlış hədəf seçərlərsə..."
19 Mart 2026 10:16
Britaniyalı nazir Naxçıvana hücumları pisləyib
19 Mart 2026 09:59


Bakı -°C

