Misir fironlarının məzarına qoyulan, yaxud ”Quran” da adı keçən cənnət meyvəsi...

İndi yay fəslinin elə vaxtıdırki, Aran rayonlarında eləcə də Abşeron yarımadasında – Bakı bağlarında bal kimi şirin əncir ağaclarının, necə deyərlər ”burun-budağ”ı yerə dəyir. Hər meyvəni mövsümündə yemək sağlamlıq baxımından daha önəmli sayılır. Yay fəslinin ən faydalı meyvələrindən biri də əncirdir.
Əncirin tarixi
Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir. İnsan təxəyyülünə bu qədər təsir edən başqa bir bitki olmayıb. Əncir haqqında bütün dinlərdə söz açılır, o, kralları, kraliçaları, elm adamlarını, əsgərləri təsiri altına ala bilib.
Müqəddəs "Quran”ımızda bu adda surə də var "Əncirə və zeytuna and olsun”. (Tin surəsi, 1). Hətta hədislərin birində deyilir: Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: "Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm.” Enerji ilə dolu bu meyvə, insanın beyninin böyüməsinə fayda verə bilər. Belə ki, bəziləri insan əlinin, əncirin yetişmişini tapıb yığa biləcək formada təkamül etdiyinə inanırlar. Əncir ağacı min illər öncə insanın ilk əkib yetişdirdiyi bitiklərdəndir.
Qədim Misir fironlarının məzarına başqa şeylərlə yanaşı, quru əncir də qoyularmış.
Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb. Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.
Çiçək açan bir çox bitki çiçəklərini nümayiş etdirsə də, latınca adı Ficus olaraq bilinən əncir bitkisinin çiçəkləri, içi boş meyvələrin içində gizlənir. Bundan başqa, bir çox bitkinin kökləri yerin altına inkişaf etdiyi halda, bəzi əncir növlərində köklər, yerin üzərində böyüyür.
Ənvir və əncir qurusunun faydaları
Əncir dadlı, şirin olmasından başqa həmçinin çox effektli müalicəvi vasitədir. Həkim-fitoterapevt Füzuli Hüseynovun əncirin faydaları haqqında danışarkən bildirir ki, liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir "ürəyimizin dostudur”, deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur. Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da, əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür.Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.
Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir var. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.
Quru əncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, Beynimiz bu turşular sayəsində çalışır.
Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir.
Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.
Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, Bununla da qadın sonsuzluğunu müalicə edir.
Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.
Səhər quru ənciri zeytun yağının içinə atın, günorta yeməkdən əvvəl yeyin. Günorta atıb axşam yeyin, axşam atdığınızı isə səhər yeyin. Bu üsulla 1 ay müddətində yeyilən əncir qurusu bronxit, bronxial astma, mədə xorası, qastrit, bağırsaq yaraları, babasil, qəbizlik, yüksək xolesterin, osteoporoz, prostatit, ezofagit (qida borusu yarası), öd durğunluğu, pankreatit kimi xəstəlikləri müalicə edir.
Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.
Əncir südü və yarpaqları
İbn Sinaya görə, əncirin süd şirəsi içilsə, sidikqovucu təsirə göstərər və böyrəklərdəki qumu əridər. Onun südü əqrəb sancmasına da kömək еdir. Yеməkdən əvvəl əncir yеyilərsə, adamı kökəldir və mədəni yumşaldır.
Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından istifadə еdilir. Onun tərkibində qətranlı maddələr, furokominlər, P,C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar. Cavan budaqlardan dərilmiş yarpaqların həlimi sinqaya qarşı bir vasitə kimi istifadə olunur.
Əncir mürəbbəsi və əncir ağacının yarpaqlarının cövhərini şəkər xəstəliyində qəbul еdirlər. Əncir südü ağrıkəsici vasitə kimi zədələrdə, rеvmatizmdə, lüumbaqo, podaqrada istifadə еdilir. Gürcüstanda əncirin yеtişmiş mеyvəsindən qatı еkstrakt hazırlayaraq onu sidikqovucu kimi və ürək xəsəliyinin yüngül formasının müalicəsində istifadə еdilir.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR

41 il əvvəl 106 saylı marşrutda terror: Cani erməni niyə cəza almadı? - TƏFƏRRÜAT

Azərbaycanda 1 kiloqramı 450 manata çay satılır - VİDEO
