"Həyat yoldaşımın başlatdığı bu hərəkat səfərbərliyə çevrildi" - Ərdoğan
“İqlim böhranının təsirlərini minimum səviyyəyə endirmək üçün intensiv səylər göstəririk. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan Sıfır Tullantı Hərəkatı qlobal ekoloji səfərbərliyə çevrilib”.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.
O bildirib ki, iqlim məsələsi müharibələr və qlobal pandemiyalar kimi bütün bəşəriyyəti təhdid edən ciddi problemdir. Hava, qida çirklənməsindən tullantıların idarə olunması və iqlim mənşəli problemlərə qədər bütün bu məsələlərin “kəpənək effekti” ilə bir-birinə təsir göstərdiyi danılmaz həqiqətdir. Bu təsirlər hər keçən gün daha çox hiss olunur. Milyardlarla illik Yer kürəsi tarixində iqlim hər dövrdə dəyişikliklərə məruz qalıb. Əsas məsələ bu dəyişikliklərin böhrana səbəb olmadan idarə edilməsidir.
Türkiyə Prezidenti qeyd edib ki, BMT hesabatına görə, hazırda dünyanın müxtəlif bölgələrində 43 milyon uşaq aclıqdan əziyyət çəkir. İstehsal olunan qidanın üçdə biri israf edilir. Tullantı problemi də qlobal miqyasda ciddi təhdid olaraq qarşımızda dayanır. Əminə xanım Ərdoğanın forumun açılışında bəhs etdiyi 1,6 milyon kvadratmetr sahəni əhatə edən “zibil qitəsi” problemi bunun qorxuducu nümunəsidir.
Digər Xəbərlər
08 Iyun 2026 00:02
"Tehran bu gecə yanmalıdır!" - İsraildən raket hücumuna cavab
08 Iyun 2026 00:00
İran İsrailə ballistik raketlər atdı - VİDEO
07 Iyun 2026 23:38
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü
07 Iyun 2026 19:42
Hörmüz boğazının statusu aktuallaşıb - Hakan Fidan
07 Iyun 2026 19:34
Onlar səs verməyə, Ermənistan isə hakimiyyəti dəyişməyə gəldiklərini deyir - VİDEO
07 Iyun 2026 18:35
Xamenei cəsarətlidir, ağır yaralanıb, amma... - Tramp
07 Iyun 2026 17:33
İran Hörmüzdən keçən gəmilərdən HAQQ ALMAĞA BAŞLAYIB
07 Iyun 2026 17:28


Bakı -°C

