adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2026 00:02
80
DÜNYA
A- A+

"Tehran bu gecə yanmalıdır!" - İsraildən raket hücumuna cavab

İsrail Müdafiə Qüvvələri İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, ordunun məlumatına görə, raketlərin zərərsizləşdirilməsi üçün hava hücumundan müdafiə qüvvələri əməliyyata cəlb olunub.

Məsələ ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gecə Tehran yanmalıdır!", - nazir qeyd edib.