Molla rejiminin çirkin üzü: "Qanunla" və dəfələrlə zorlanan gənc qızlar...
jpg-1669192146.jpg)
Hələ bir neçə il əvvəl - təxminən 2018-ci ildə sosial şəbəkələrdə İran vətəndaşı olan bir xanımla bağlı tükürpədici məlumat yayıldı.
İranlı sosial şəbəkə istifadəçilərinin paylaşdığı məlumatda bilıdirilirdi ki, Zəhra Haşimi ad-soyadlı xanımı zorlayıb, sonra edəm edəcəklər. “İran qanunlarına görə, bakirə qızların edamı qadağandır, buna görə də ölümə məhkum olunmuş bakirə qızları edamdan öncə zorlayırlar”.
Yadıma ötən həftələrdə - oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilən, zindandan buraxıldıqdan sonra- 11 noyabrda intihar edən gənc qız düşdü. Əslən Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan, amma Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa həbsxanadan buraxıldıqdan sonra intihar edərək həyatına son qoydu. Xəbər yayıldı ki, qadın azadlığı uğrunda mübarizəyə qoşulan Yəlda Tehranın Qərçək zindanında saxlanıldığı zaman fiziki eyni zamanda psixoloji təzyiqlərlə üzləşib. Hətta sosial şəbəkələrdə yazırdılar ki, Yəlda Ağafəzlinin valideynləri həbsxanaya onu görməyə gələrkən ondan nə istədiyini, ona nə alıb gətirməyi soruşanda gənc qız onlara: hamiləliyə qarşı həblər alıb gətirin” söyləyib.
Bəlkə də elə bu səbəbdəndir ki, noyabrın 12-də dəfn mərasimi keçirilən gəncin ailəsinə basqı edili ki, molla rejiminin pisliyi ortalığa çıxmasın, Yəni, ailəyə yas mərasiminin məhdud sayda insanla və səssiz keçirilməsi barədə xəbərdarlıq edildi, mərasimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında təşkil olunduğu qeyd edildi.
Hazırda dünya mətbuatı İran həbsxanalarında zorakılığa, zorlanmaya məruz qalmış gənc və yeniyetmə qızların sayını və durumunu araşdırır.
CNN kimi nüfuzlu bir media hazırda polis şöbələrinə aparılan, orada polislərin əli ilə zorla cinsi əlaqəyə məruz qalan qızlardan qandonduran müsahibələr alır, faktlar aşkara çıxarır. Zorlanmış qızların danışdıqları çox dəhşətlidir. (Yaxın günlərdə bu haqda məlumatları ətraflı sizə çatdıracağıq)
Düzü, fars rejiminin gənc qızlara belə münasibəti mənə təəccüblü gəlmədi. Çünki ötən il “Azad İran” Telegram kanalında belə bir məqalə oxumuşdum:
2006 ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edir ki, İranda təhsil alan azərbaycanlı qızların hamısının bakirəlikləri pozulur. Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar.
Gültəkin Məcidova deyir ki, mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər.
“Qum şəhərində qızları (6 qız olublar) Qum Şəhərinin imam cüməsinin evinə apardılar ki, evində Fatima Zehra mövludu olacaq. Bizdə sevinə sevinə getdik. Gecə saat 11 də məni İmam cümənin otağına saldılar və mənimlə siğə etdi. Utandığımdan səsimi çıxara bilmədim. Çünki bizə öyrətmişdirlər ki, İranda hər hansı şəhərin imam cüməsi Ayətullah Xameneinin nümayəndəsidir.. Ayətullah Xamanei də 12 imam, geybdə olan İmam sahib zaman Ağanın nümayəndəsidir. Əgər imam cüməyə qarşı gəlsən, elə bil ki qeybdə olan 12 ci imam, İmam Sahib Zaman ağaya qarşı çıxmış olursan”.
Gültəkin Məcidova deyir ki, səhərə yaxın mədrəsəyə qayıdıb və sonra anlayıb ki, orda olan digər mömin bacıların hamısı ilə başqa başqa otaqlarda din alimləri siğə edib. “Çünki biz çox gözəl qızlar idik. Mən bir neçə ay sonra Azərbaycana qayıtdım. Çünki dəli olmağıma az qalmışdı ki, bizi İrana din öyrənməyə aparırlar sonra isə siğə edirlər. Digər bacıların bəziləri indiyə kimi İranda qalıblar. Bir neçəsi hamilə qalıb və uşağı dünyaya gəlib. Amma uşağın atasi kimdir bilinmir. Çünki o hadisədən sonra həmin bacılar on dəfədən çox siğə ediliblər”.
Gültəkin Məcidova iddia edir ki, bu hadisədən sonra çox valideynlər qızlaırnı İranda təhsil almağa buraxmır və təhsil alanların çoxu valideynlərin israrından sonra Azərbaycana qayıdıblar.
Gültəkin Məcidova bir şirkətdə işlədiyini bildirdi. Amma indiyə kimi evlənə bilməyib. O, bu hadisədən sonra hicabı atıb, namaz da qılmır. “Mollalar insana nifrət etdirirlər. Bilirəm bu islamın günahı deyil. Bu molla şərəfsizlərinin din adı altında oyunlardan çıxmasıdır. Bəlkə gələcəkdə yenidən hicaba keçərəm. Amma indi qəlbim çox sınıb”.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.
Əntiqə Rəşid