“Mona Liza”nın “lüt" şəkli tapıldı

Fransalı karikaturaçı Matiu Deldikkue 150 ildir Fransada sərgilənən, qara qələmlə çəkilmiş rəsmin Leonardo Da Vinçinin "Mona Liza" əsərinin qaralaması olduğunu açıqlayıb.Sözügedən rəsm əsəri 1862-ci ildən bəri Fransanın paytaxtında yerləşən "Conde" muzeyində, intibah dövrünün nümunəsi kimi sərgilənir."Monna Vanna" adlı əsərin L.D. Vinçinin emalatxanasında çəkildiyi bilinsə də, rəsmin məhz Da Vinçi tərəfindən çəkilməsi heç kimə məlum deyildi. Lakin mütəxəssislər bu əsərin "Mona Liza" portretinin rəsmən nüde variantı olduğunu bildiriblər.
M.Deldikkue hər iki əsəri müqayisə əsasında incələyib. O, rəsmlərdəki qadının üzünün və əllərinin eyni formada, qüsursuz biçimdə çəkildiyini deyib:"Monna Vanna"ya baxarkən Leonardonun ömrünün son zamanlarında "Mona Liza" ilə paralel olaraq işlədiyi bir əsərə baxmış oluruq. Bu portret, heç şübhəsiz, bir yağlı boya işi üçün sınaq nümunəsidir".Fransada yerləşən Luvr muzeyində rəsmləri mühafizə edən Bruno Mottin də rəsmin çəkildiyi dövrlə Leonardonun həyatının son dövrlərinin üst-üstə düşdüyünü deyib.
Hər iki rəsm arasında oxşarlıq və eynilik bunlardır:
Əllər və vücud eyni,
Portretlərin ölçüləri eyni,
Fiqurun ətrafına açılan kiçik dəliklər fiqurun kətan üzərində çəkiləcəyini işarə edir.
Qeyd edək ki, Da Vinçi (1452-1519) İtaliya intibahının ən böyük rəssamlarından biri kimi məşhurlaşıb. Onun yağlı boya ilə çəkdiyi "Mona Liza" əsəri isə dünyanın ən məşhur portretləri sırasındadır."Mona Liza"nın florensiyalı Françesko del Giokondonun həyat yoldaşı Liza Cerardininin portreti olduğu ehtimal edilir.Publika.az