"Moskva konkret təklif görmür"... -   Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1076 | 2024-07-26 11:24

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya tərəfinin Kiyevin siyasi qüvvələrindən komptomislə bağlı konkret təkliflər alıbmı sualını cavablandırarkən bildirib ki, Moskva Kiyevlə danışıqlara başlamaq üçün konkret təkliflər görmür.

 "Anlaşılmaz siqnallar gəlir, lakin biz bilmirik ki, bu siqnallar nə dərəcədə realdır. Hələ ki, Kiyev rejiminin  bizimlə danışıqlar aparmağı qadağan edən qərarı qüvvədədir"- deyə Peskov bildirib.

 Mətbuat katibinin sözlərinə görə, "Ukraynanın gücü tükənir, bizə çatan siqnallara görə, bəzi qüvvələr kompromisə getməkdə maraqlıdırlar". "Moskva dəfələrlə məsələnin diplomatik yolla həllinə hazırdır".

 "Biz bunda maraqlıyıq. Yalnız RF-sı Konstitusiyasına riayyət olunması şərtləriylə. Orda hər şey yazılıb və dəyişiklik etmək olmaz"-deyə Peskov bildirib.

 "Rusiya heç vaxt Ukrayna ərazilərinə iddia etməyib, heç vaxt Kiyevdən torpaq qoparmağı planlaşdırmayıb. Hazırda baş verənlər bizim və rusdilli vətəndaşların təhlükəsizliyi ilə bağlıdır"-deyə Kremlin sözçüsü bildirib.

  2014-cü ildən Krımı işğal ediblər, daha əvvəl Donbas və Luqansk vilayətlərini, hazırda isə, Xerson və Zaparojye vilayətləri nəinki işğal altlndadır, Rusiya hətta bu əraziləri artıq öz əraziləri hesab edərək, rəsmi olaraq  Rusiyanın ərazilərinə birləşdirib. Peskov isə utanmaz-utanmaz "biz Ukrayna ərazilərinə heç vaxt iddia etməmişik, Kiyevdən torpaq almağı planlaşdırmamışıq" deyir.

 Görünən odur ki, heç kim, nə Rusiya, nə Ukrayna, nə ABŞ, nə də Qərb, bu qanlı müharibənin dayandırılmasını istəmir. 

 

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV