07 Fevral 2025 11:29
91
DÜNYA

"Moskva və Kiyev güzəştə getməlidirlər"

ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsi üzrə xüsusi elçisi Kit Kelloq bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün, Moskva və Kiyev güzəştlərə  getməlidirlər.

Məsələnin həlli ilə bağlı New York Post-a müsahibəsində Kelloq qeyd efib ki, "İstənilən danışıqlarda hər iki tərəf müəyyən güzəştlərə getməlidirlər".

 Xüsusi elçinin sözlərinə görə, razılaşmanın şərtləri çox güman ki, Moskva və Kiyevi qane etməyıcək, lakin sülüh əldə olunması üçün  tərəflər "balansı qorumalıdlrlar".

 Müsahibə zamanı Kelloq həmçinin bəyan edib ki, Ukrayna münaqişəsinin bitməsi üçün, Tramp antirusiya sanksiyaların sərləşdirulməsinə də getməyə hazırdır.

 Rüstəm Hacıyev