Mövsümün sonuncu kütləvi təmizlik aksiyası təşkil olunub - FOTOLAR
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində "Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.
Bu barədə Adalet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu dəfə "Xəzər həftəsi" ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak edib, aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.
Qeyd edək ki, “Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.
Məqsəd vətəndaşlarımızı ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, o cümlədən Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici aksiyalara daha geniş kütlənin cəlb olunması təbliğatını genişləndirməkdir
Digər Xəbərlər
06 Aprel 2026 17:40
İşsiz qadınların nəzərinə - Qeydiyyat başladı
06 Aprel 2026 17:12
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
06 Aprel 2026 13:54
Heydərov bu dəfə sürüşmə təhlükəsi olan ərazidə - VİDEO
06 Aprel 2026 11:20
Azərbaycanda bu şəxslər eyni maaş alacaq - Yeni tələb
06 Aprel 2026 09:46
Kommunal xidmətlər səfərbər oldu: İntensiv yağışların fəsadları aradan qaldırılır - FOTOLAR
06 Aprel 2026 09:39
ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama
05 Aprel 2026 20:27
Keşlə qəsəbəsində qəzaya səbəb olan evin sökülməsinə BAŞLANILDI - VİDEO
05 Aprel 2026 10:12


Bakı -°C

