Müəllim olmaq istəyənlərin nəzərinə!
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.
Bu barədə Adalet.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Digər Xəbərlər
14 Avqust 2024 15:48
Rezidenturaya qəbulun nəticələri elan edildi
13 Avqust 2024 19:03Qarabağ Universitetinin ilk tələbəsinin sevinci - VİDEO
13 Avqust 2024 16:30BANM-ın 11 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək
13 Avqust 2024 12:56I sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
13 Avqust 2024 10:21