Mustafa Sabri.
Sarayın şeyxülislamı idi.
İngilis kuklası idi.
Sevr müqaviləsinin imzalanması üçün xüsusicanfəşanlıq göstərirdi.
İngilis Muhipləri Cəmiyyətinin qurucularından idi.
Anadoludakı dirənişi qırmaq üçün ingilislərtərəfindən yaradılan İslam Teali Cəmiyyətinin qurucularından idi.
"Kuvayı Milliyə”-yə nifrət edirdi.
"Mustafa Kamal və Ankara höküməti namərddir”-deyirdi.
"Qudurmuş quldurlar, canilərdir” – deyirdi.
"Ey Allahdan qorxmayan, ey Peyğəmbərdən həyaetməyən məxluqlar” – deyirdi.
"Bunların dinsizlik dərəcəsi təsəvvür belə edilməz,Allahu-Təalanın qəzəbi və lənəti bunların üzərinə olsun!” – deyirdi.
Milli mübarizənin ovqatını pozmaq üçün əlindəngələni edirdi.
"İngilislərin, fransızların və sair dövlətlərin beşqəpiklik Mustafa Kamal qüvvəsinin təzyiqinə boyun əyərək İstanbuldan çıxıbgetmələrini yalnız Kamalist türk ağlı qəbul edə bilər” – deyirdi.
"Yunanlara daha çox ziyan vurmaq bizim üçün xeyirlivə mənfəətli olmaz, ingilisləri əsəbiləşdirərik, amma ingilis kimi böyükdövlətə qalib gəlmək şansımız, ehtimalımız qəti yoxdur” – deyirdi.
"Yunan ordusu xəlifənin ordusudur, kəlləsiqoparılmalı olan əsl məxluqat Ankaradır” – deyirdi.
" Ey əsgərlər, Mustafa Kamalın qanunsuz əmrlərinəboyun əydiyiniz yetər, bunların vücudlarını yerli-dibli dünyadan silməkbəşəriyyət üçün, müsəlmanlıq üçün fərzdir, sizin bu xainlərə itaətinizməscidlərimizi, məbədlərimizi xaraba qoyacaq, bu zalımlara, bu qatilcanavarlara alət olduğunuz yetər, padşahımız, xəlifəmiz, əfəndimizin mərhəmətqucağı sizə açılmışdır, Allahın peyğəmbərini sevən bu tərəfə gəlsin” – deyirdi.
Bu əhval-ruhiyyə ilə Mustafa Kamal haqqında edamfətvasını qələmə aldı.
Mustafa Kamalla savaşmaq vacib idi.
Bununla kifayətlənmədi ki…
"Kuvayı Milliyə”- nin yanında olan Dənizli, İsparta,Uşak, Antalya, Sinop müftilərini vəzifədən çıxartdı, Ankara müftisi BörəkçizadəRıfatın edamına fərman verdi.
İzmirdəki "Yunan Yüksək Komissarlığı”- na təklifverdi. "Mustafa Kamalın pəncəsindən qurtulmaq üçün Qərbi Anadoluda sizin nəzarətinizdəmuxtar respublika quraq” – dedi.
Qurtuluş Savaşımız zəfərlə nəticələnincə, ingilisgəmisiylə qaçdı, Yunanıstana sığındı.
Afinada qəzet dərc etdirdi.
O qəzetdə "Allahın hüzurunda türklükdən istefa edirəm,Ya Rəbbim, tövbə türklüyümə, məni türk millətindən sayma” – deyə məqalə yazdı.
"Əlimdən gəlsə bütün türkləri ərəb eləyərəm, bunlarınvaxtilə ərəbləşmədiyinə təəssüflənirəm” – deyə yazdı.
Xilafətin yenidən qurulması üçün Papaya məktub yazdı,İslamiyyət adına Vatikandan kömək istədi.
Yunanıstandan qovuldu.
Səudiyyə Ərəbistanına keçdi, axırıncı dəfə Misirəköçdü, ölənə kimi orada Türkiyə Cümhuriyyətinin əleyhinə fəaliyyət göstərdi.
★
Dürrizadə Abdullah.
Sarayın şeyxülislamı idi.
Mustafa Kamalın edamına fətva verdi.
Sadəcə, 3 ay 25 gün şeyxülislamlıq etdi, bu qısamüddətdə həm edam fətvasını çıxararaq, həm də Sevr müqaviləsinə "hə” deyərəkVətənə xəyanətdə sürət rekordunu qırdı.
"Kuvayı Milliyə”- yə nifrət edirdi.
"Allahu-Təalanın qəzəbi və lənəti bunların üzərinəolsun!” – deyirdi.
Qurtuluş Savaşımız zəfərlə nəticələnincə, ingilisgəmisiylə qaçdı, Yunanıstana sığındı, amma Afina tərəfindən qovuldu.
Yalvar-yaxar Hicaz kralının himayəsinə sığındı,orada da öldü.
★
Bu şeyxülislamlar Mustafa Kamala "lənət”oxuyarkən Vətənimizdə nələr olurdu?
İstanbul işğal altında idi.
Çanaqqala Boğazı işğal altında idi.
Trakya işğal altında idi.
İzmirdən başlayaraq Ege bütünlüklə işğal altındaidi.
Antep, Maraş, Urfa, Adana işğal altında idi.
Antep o qədər güclü mühasirəyə alınmışdı ki,qadınlarımız nar toxumlarını parçalayır, əzir, xəmirə qarışdırırdı və hətta aclıqdanpişikləri də yemək məcburiyyətində qalmışdıq.
Qars, İğdır, Ərdahan işğal altında idi.
Antalya, Mersin, Hatay işğal altında idi.
Bursa, İzmit, Zonquldak, Əskişəhər, Burdur işğalaltında idi.
Torpaqlarımızın bir tərəfində Pontus dövləti qurmaqistəyirdilər, bir tərəfində Ermənistan, o biri tərəfində Kürdistan.
Britaniyadan pul alan padşahın tətikçiləriÇapanoğlu, Koçgiri, Anzavur... məmləkətin dörd bir yanında qiyama qalxmışdılar.
İstanbul küçələrində ingilis, fransız, italyan,amerikan, yunan, əl-cəzairli, faslı, hindli, hətta yapon əsgərləri də var idi.
★
10 yaşlı qız uşaqlarımıza təcüvüsedirdilər.
2 yaşlı körpələrimizi süngülərə keçirib küçə-küçəgəzdirirdilər.
Körpələrimizi əmizdirməsinlər deyə yeni doğmuşanalarımızın döşlərinin uclarını kəsirdilər.
Bütün bunları yaşadıqlarına görə dəli olan, intiharedən qadınlarımız vardı.
Bax, ünvan verim, Bursa Osmanqazidə uşaqlar,qadınlar daxil 97 nəfəri məscidə doldurub diri-diri yandırmışdılar,pəncərələrdəki dəmir barmaqlıqlara uşaqların əlləri yapışmışdı.
İzmir Bergamada 200-dən artıq insanımızı dərin,böyük bir çuxura doldurub tüfənglə güllələyib, cənazələrinə benzin tökübyandırmışdılar.
Aydın Sökedə 57 nəfəri quyuya üst-üstə ataraqöldürmüşdülər.
On minlərlə belə sənədli, şəkilli örnək var.
Qurani-Kərimi parçalayır, səhifə-səhifə nəcis doluçuxurlara atırdılar, insanlarımız o səhifələri çıxarır, yuyur, ağlaya-ağlayatorpağa basdırırlar.
Çanaqqalada şəhidlərimizin məzarlarına hörmətsizlikedirdilər.
★
Başqa nələr olurdu?
Yunan jurnalist Tasos Kostopulos kitab yazdı.
★
"Uşak bölgəsinə yaxın kənddə türkqadınları, uşaqlar və yaşlılar məscidə həbs edilmişdi. Bizim əsgərlər ətrafdanot topladılar, sonra da o otları yandırıb məscidin pəncərəsindən içəri atdılar.İnsanlar tüstüyə dözməyib çölə çıxdılar. Onda da bizim rəzillər qadınlara vəuşaqlara atəş açmağa başladılar”.
★
"Evə girdim. Ölü bir yaşlı türkcəsədinin üstündən keçdim. İçəridən səslər eşidilirdi. Ona yaxın əsgərimiz birtürk qızının donunu qaldırmışdılar, zorla rəqs etdirirdilər. Məni görən kimi "gəl,sən də məzədən dad” – dedilər. "Ayıbdır” – dedim. Türk qızı yanıma qaçdı, ayaqlarımıqucaqlayıb yardım istədi. Əsgərlərə yalvardım, "qadındır, eləməyin” – dedim.Biri süngüsünü çıxarıb mənə tərəf gəldi. Qaçmaq məcburiyyətində qaldım. Qızın çığırtılarınıisə unuda bilmədim”.
★
"Tərk etdikləri hər yeri yandırırdılar. Dəhşətlibir mənzərədir. Verilən əmr aydın idi. Nəyi daşıya bilmirsinizsə, yandırın.Onlarla kənddə yaşlılar, xəstələr, şikəstlər, uşaqlar neylədi? Bilinmir”.
★
"Kəndə girdik. Qızlara ailələrinin gözüönündə təcavüz edildi. Əsgərlərimiz o gecə yağmaladıqları ipək yorğanlardayatdılar”.
★
"Türklər qorxudan aiələləriniməzarlıqlarda saxlayırdılar. İki əsgərin təcavüz etməyə çalışdığı qızı xilasetdim. Anası qaçaraq gəldi, əllərimiöpməyə başladı. Biraz qabaqda iki qız cansız uzanıb qalmışdı”.
★
"Bir də gördüm ki, yaşlı bir adamınqarşısındayam. Eləyə biləcəyim yaxşılıq isə onu dərhal və qəfil öldürmək idi.Bəziləri çox ağrıyırdılar, boğazı kəsilən danalar kimi böürürdülər. Kənd atəşətutuldu”.
Başqa nələr olurdu?
Fransız qadın jurnlalist Berthe Gaulis yazdı…
★
"Yunanların geri çəkilməsinin qurbanıSöyütdəyəm. Bursaya çox yaxındı. Xarabaya dönmüşdü. Müharibəni uduzub geriçəkilməyə başlayanda belə işlər üçün xüsusi olaraq yetişdirilmiş döyüşçülər tərəfindənyandırılmışdı. Önəmli miqdarda dinamit, yanğın bombası və partlayıcılardanistifadə etmişdilər”.
★
"Müharibə əsiri yunan zabitləri butəxribatın ingilis zabitlərinin nəzarəti altında edildiyini dedilər. Qəsəbəningörkəmli şəxsləri də bu işin ingilislərin nəzarətində edildiyini anlatdılar”.
★
"Dağıntıların altından insan cəsədləriqalmışdı. Bu cəsədlərdən o qədərdözülməz bir qoxu havaya qarışmaqda idi ki, müharibə gedən ərazilər bununyanında toya getməli idi”.
★
"Axşamın alaqaranlığı çökdü. Yanmışevlərin üzərində ulayan bayquşların səsləri eşidilir. Ağaclar kömürə dönüb”.
★
"Məscidlərin hamısı dağıdılıb”.
★
"Maddi zərər çox böyük idi, yunanlar hər şeyiaparmışdılar. Fəqət yağmalanan dükanlardan daha pisi evlər yandırılmış vəqadınlara, qocalara və uşaqlara təcüvüz edilmişdi. Bunlar Aydında edilənlərineynisidir”.
★
"Ərtoğrul Qazinin türbəsindəyəm. Müsəlmanlarınən müqəddəs ziyarət yerlərindən biri. Müxtəlif formalarda kirlədilib, məhv edilib..Türbənin qapısı ilə içindəki qranit tabutlar açılıb”.
★
"Biləcikdə böyük faciələr baş verib.Buraların əhalisindən sağ qalanlara böyük ruh düşkünlüyü içindədir. Təcavüzəuğramamış gənc qız və ya qadın qalmayıb. Bilec Pompey kimidir. Hər yer kül,hiss və qurum içindədir”.
Bəli, Sarayın şeyxülislamları Mustafa Kamala "lənət”oxuyarkən, Vətən torpaqlarında bunlar baş verirdi.