adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Noyabr 2022 13:47
350
KRİMİNAL

Narkotik qəbul edib, maşın sürən şəxs həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb. 

Adalet.az xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Masallı rayon məhkəməsinin qərarı ilə A.Əhmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.