"NATO regional ittifaq olaraq qalacaq" - Stoltenberq

"Şimali Atlantika Alyansı regional blok olaraq qalacaq və qlobal miqyasda, Avropa qitəsindən kənarda genişlənmək niyyətində deyil".
Adalet.az xəbər verir ki, bunu ABŞ-da Xarici Əlaqələr Şurasında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"NATO regional ittifaq olaraq qalacaq, yalnız Avropa ölkələri qoşula bilər. NATO 5-ci maddənin (kollektiv müdafiə prinsipi) tətbiqi üzrə qlobal alyans olmayacaq".
Eyni zamanda o, təhlükəsizlik probleminin regional deyil, qlobal olduğunu vurğulayıb. Ona görə də, onun sözlərinə görə, NATO alyansa üzv olmayan bir çox ölkələrlə, o cümlədən Avstraliya, Yeni Zelandiya və Yaponiya ilə əməkdaşlıq edir. "Bu o demək deyil ki, onlar alyansa üzv olacaqlar. Bu o deməkdir ki, biz birlikdə işləyirik", - o əlavə edib.
Digər Xəbərlər

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

ABŞ Yəmənə hücumlara 1 milyard dollardan çox pul xərcləyib
