"Neft qiymətinin 70 dollardan aşağı olması narahatlıq yaradır" - İqtisadçı

"Hazırda neft qiymətinin büdcədə nəzərdə tutulan 70 dollardan aşağı olması haqlı narahatlıq yaradır".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, mövcud vəziyyət 2 səbəbdən elə də qorxulu deyil:
"Birincisi, 2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollar olub. Bu o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa, yarımillik orta qiymət elə büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq. Yəni, ilin ilk yarısında maliyyə tarazlığı hələki pozulmayacaq. İkincisi, ABŞ-da Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli effekt verməyəcəyi artıq görünməkdədir.
Bu baxımdan, enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmirəm".
Digər Xəbərlər

Marketlər bizi niyə aldadır?!

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR
